Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 sentyabr tarixli 2316 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur, məxfi).

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 oktyabr 2023-cü il

№ 358

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin