Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASINA İMMİQRASİYA HAQQINDA VƏSATƏTƏ BAXILMASI QAYDALARININ TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 24 AVQUST TARİXLİ 773 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 493; 2008-ci il, №3, maddə 168; 2009-cu il, №1, maddə 11) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları”nın 3-cü bəndinin birinci hissəsinə aşağıdakı məzmunda “f” yarımbəndi əlavə edilsin:

“f) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlər. ”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin