Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASINDA 2008-Cİ İL ÜÇÜN EHTİYAC MEYARININ HƏDDİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1201) I maddəsi aşağıdakı redaksiyada verilsin:

“I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat məbləğində təsdiq edilsin.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin