RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-CU İL ÜÇÜN YAŞAYIŞ MİNİMUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2008-ci il 25 noyabr tarixli 717-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2008-ci il 25 noyabr tarixli 717-IIIQ nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2008-ci il 25 noyabr tarixli 717-IIIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2008-ci il.