Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASINDA 2009-CU İLDƏ ƏHALİNİN SİYAHIYAALINMASININ KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında əhalinin demoqrafik vəziyyəti, sayı, tərkibi və yerləşməsi haqqında, habelə sosial-iqtisadi proqnozların aparılması üçün lazım olan məlumatların əldə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2009-cu il aprelin 13-dən 22-dək Azərbaycan Respublikasında

əhalinin siyahıyaalınması keçirilsin.

2. Əhalinin siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi, yekunlarının

işlənməsi, təhlil edilməsi və nəticələrinin dərc edilib yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində

2009-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən tədbirlər planını təsdiq etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin