AZƏRBAYCAN RESPUBLİKASINDA 2010-CU İL ÜÇÜN EHTİYAC MEYARININ HƏDDİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat məbləğində təsdiq edilsin.
II. Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009-cu il.