Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının inkişafında Azərbaycan maşınqayırma sənayesi işçilərinin xidmətlərini nəzərə alaraq qərara alıram:

Hər il iyunun 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin