Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 966-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyat-ların aparılması və əqdlərin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 157 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 874; 2009, № 7, maddə 610; 2016, № 11, maddə 1961) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədilə” sözləri “Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları” üzrə:

2.1. 3.11-ci və 3.15-ci bəndlərdə “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənddə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 dekabr 2023-cü il

№ 471

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin