Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 8) ilə təsdiq edilmiş “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin ikinci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda “maddə 10” sözlərindən sonra “I və II” sözləri “I, II və III” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin