Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ 2002-Cİ İL 29 MART TARİXLİ 283-IIQ NÖMRƏLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT QULLUĞUNU İDARƏETMƏ ŞURASI HAQQINDA ƏSASNAMƏ”DƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 217; 2003-cü il, № 12 (I kitab), maddə 671; 2006-cı il, № 5, maddə 386) 2.1.10-cu maddəsi çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin