Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ 2005-Cİ İL 24 İYUN TARİXLİ 945-IIQ NÖMRƏLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “VƏZİFƏLİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALİYYƏ XARAKTERLİ MƏLUMATLARIN TƏQDİM EDİLMƏSİ QAYDALARI”NA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 690; 2006-cı il, № 4, maddə 316; 2007-ci il, № 10, maddə 934; 2008-ci il, № 8, maddə 699) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının,” sözləri, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının,” sözləri, “Məhkəmə-Hüquq Şurasının Aparatının” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin