AZƏRBAYCAN RESPUBLİKASININ 2005-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
1. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası gəlirlər 10276070,9 milyon manat, xərclər 10703404,6 milyon manat məbləğində olmaqla təsdiq edilsin.
2. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra№-si Göstəricilər Milyon manatla
1 2 3
Gəlirlər 10276070,9
1. Fiziki şəxslərin gəlir vergisi 1587173,6
2. Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) 1776951,9
3. Əlavə dəyər vergisi 2999380,5
o cümlədən:
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi 1269101,1
4. Aksizlər 704885,9
o cümlədən:
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər 98674,1
5. Hüquqi şəxslərin əmlak vergisi 202184,3
6. Hüquqi şəxslərin torpaq vergisi 76336,5
7. Yol vergisi 53077,1
o cümlədən:
xarici avtonəqliyyat vasitələri sahiblərindən alınan yol vergisi 6878,8
8. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) 267700,2
9. Sadələşdirilmiş vergi 94090,0
10. Gömrük rüsumları 506208,0
11. Dövlət rüsumu 178580,1
12. Vergi olmayan sair gəlirlər 587857,1
13. Dövlət əmlakının və torpaqların icarəyə verilməsindən daxilolmalar 15311,0
14. Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant 54232,1
15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 618,8
16. Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər 18067,9
17. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə Beynəlxalq Bankdan alınmış kreditlər üzrə daxilolmalar -
18. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər 30000,0
19. Milli Bankın mənfəətindən daxilolmalar 9922,1
20. Dövlət Neft Fondundan daxilolmalar 750000,0
21. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 29,2
22. Təkrar borc sazişləri üzrə daxilolmalar 12733,9
23. Aksiz markalarının satışından daxilolmalar 10319,0
24. Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 340411,7
25. Dövlət büdcəsinə xarici valyutada daxilolmaların xəzinədarlıqda uçota alınma günü ilə milli valyutaya konvertasiya edilmə günü arasında məzənnə dəyişməsi nəticəsində yaranan fərq (cəmə daxil edilmir) 16,700
Xərclər 10703404,6
1. Ümumi dövlət xidmətləri xərcləri 841371,4
o cümlədən:
Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 619380,8
beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 26404,6
elm xərcləri 144110,4
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 51475,6
2. Müdafiə xərcləri 1439506,7
3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri 1031762,9
o cümlədən:
Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri 56578,1
Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanılması xərcləri 65708,6
Azərbaycan Respublikası hüquq mühafizə, təhlükəsizlik orqanlarının saxlanılması xərcləri 901491,3
məhkəmə hakimiyyəti, hüquq mühafizə, təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər 7984,9
4. Təhsil xərcləri 1862480,8
5. Səhiyyə xərcləri 576273,2
6. Sosial müdafiə və sosial təminat xərcləri 1524628,1
o cümlədən:
sosial müdafiə xərcləri 1088583,5
sosial təminat xərcləri 436044,6
7. Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri 252945,6
o cümlədən:
mədəniyyət və incəsənət sahəsində xərclər 227329,1
bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri 25616,5
8. Mənzil-kommunal təsərrüfatı xərcləri 198409,9
9. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 482255,2
o cümlədən:
kənd təsərrüfatı xərcləri 344681,2
meşə təsərrüfatı xərcləri 18398,1
balıqçılıq sahəsinin xərcləri 1793,3
digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri 117382,6
10. Sənaye və tikinti xərcləri 813960,4
o cümlədən:
sənaye xərcləri 13673,8
tikinti xərcləri 800286,5
ondan:
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 799437,8
o cümlədən:
istehsal və infrastruktur yönumlü layihələr 475000,0
sosial yönümlü layihələr 246335,5
institusional yönümlü layihələr 15000,0
ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması üzrə layihələr 38102,3
Naxçıvan Muxtar Respublikası üzrə əsaslı tikinti layihələri 25000,0
11. Nəqliyyat və rabitə xərcləri 486764,8
12. İqtisadi fəaliyyətlə bağlı digər xərclər 242243,2
o cümlədən:
təchizat, ticarət, ictimai iaşə üzrə xərclər 265,3
turizm xərcləri 3500,0
çoxsahəli inkişaf layihələri üzrə xərclər 238477,9
13. Əsas bölmələrə aid edilməyən xərclər 823248,5
o cümlədən:
əsas bölmələrə aid edilməyən sair xərclər 670380,5
ondan:
01 iyun 2005-ci il tarixədək ixrac olunan neftin satış qiyməti ilə büdcə hesablamaları üçün nəzərdə tutulan qiymət arasında fərq hesabına dövlət büdcəsinə daxil olmuş və xəzinədarlığın xüsusi hesabında toplanmış vəsaitin Dövlət Neft Fonduna köçürülməsi 316474,2
dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 338457,6
ehtiyat fondunun xərcləri 142909,4
yerli büdcələrə verilən dotasiya 9958,5
14. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 127553,9
Kəsir 427333,7
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2006-cı il.