Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL DÖVLƏT BÜDCƏSİNİN İCRASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

                     Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
 
 
1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası gəlirlər 10 762 672,0 min manat, xərclər 10 774 234,1 min manat məbləğində olmaqla təsdiq edilsin.
 
2. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
                                                                                                   

Sıra
№-si
Göstəricilər
Manatla
 
 
Gəlirlər
 
10 762 672 015
1.
Fiziki şəxslərin gəlir vergisi
627 187 821
2.
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi
2 862 328 925
3.
Əlavə dəyər vergisi
1 910 870 865   
3.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
 
775 232 241
4.
Aksiz
486 874 346
4.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz
91 148 343
5.
Hüquqi şəxslərin əmlak vergisi
112 892 514
6.
Hüquqi şəxslərin torpaq vergisi
30 630 105
7.
Yol vergisi
32 333 689
7.1.
xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
 
5 347 915
8.
Mədən vergisi
147 699 867
9.
Sadələşdirilmiş vergi
64 355 570
10.
Gömrük rüsumları
238 645 274
11.
Dövlət rüsumu
57 988 548
12.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı
 
1 697 178
13.
Vergi olmayan sair gəlirlər
252 869 132
14.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
 
 
4 826 978
15.
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
 
574 708
16.
Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər
 
10 901 616
17.
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
 
-
18.
Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər
 
1 000 000
19.
Dövlət Neft Fondundan daxilolmalar
3 800 000 000
20.
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar
         -
21.
Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar
 
 
 
 
1 648 470
22.
Aksiz markalarının satışından daxilolmalar
3 469 710
23.
Ciddi hesabat blanklarının satışından daxilolmalar
150 002
24.
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar
 
101 649 907
25.
Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar
12 076 790
 
 
Xərclər
 
10 774 234 051
1.
Ümumi dövlət xidmətləri
660 595 490
1.1.
qanunvericilik və icra hakimiyyəti, yerli
özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
 
252 443 003
1.2.
beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri
10 148 304
1.3.
elm xərcləri
62 122 121
1.4.
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
 
23 669 427
1.5.
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
 
115 212 482
1.6.
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya
3 491 153
1.7.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
 
193 509 000
2.
Müdafiə
1 321 206 761
2.1.
müdafiə qüvvələri
1 242 316 422
2.2.
milli təhlükəsizlik
75 235 374
2.3.
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar
1 968 323
2.4.
digər kateqoriyalara aid edilməyən xərclər
1 686 642
3.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
 
533 923 232
3.1.
məhkəmə hakimiyyəti
22 566 679
3.2.
hüquq-mühafizə
474 051 444
3.3.
Prokurorluq
36 916 609
3.4.
digər kateqoriyalara aid edilməyən xidmətlər
388 500
4.
Təhsil
979 719 519
4.1.
məktəbəqədər və ibtidai təhsil
72 022 870
4.2.
natamam və orta təhsil
593 008 962
4.3.
internat və xüsusi məktəblər
37 834 163
4.4.
texniki peşə məktəbləri və liseylər
50 388 185
4.5.
ali təhsil
84 053 691
4.6.
təhsil sahəsində tətbiqi tədqiqatlar
2 930 618
4.7.
təhsil sahəsində digər xidmətlər
139 481 030
5.
Səhiyyə
346 227 625
5.1.
poliklinikalar və ambulatoriyalar
57 663 191
5.2.
xəstəxanalar
194 007 034
5.3.
səhiyyə sahəsində digər xidmətlər
7 749 612
5.4.
səhiyyə sahəsində tətbiqi tədqiqatlar
2 370 942
5.5.
səhiyyə sahəsinə aid edilən digər xidmətlər
84 436 846
6.
Sosial müdafiə və sosial təminat
846 383 847
6.1.
sosial müdafiə xərcləri
825 289 362
6.1.1.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)
435 000 000
6.2.
sosial təminat xərcləri
21 094 485
7.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
 
140 225 121
7.1.
mədəniyyət və incəsənət sahəsində fəaliyyət
77 005 413
7.2.
radio, televiziya və nəşriyyat
39 041 400
7.3.
bədən tərbiyəsi, gənclər siyasəti və turizm
21 947 747
7.4.
digər kateqoriyalara aid edilməyən fəaliyyət
2 230 561
8.
Mənzil və kommunal təsərrüfatı
155 710 677
8.1.
mənzil təsərrüfatı
20 262 471
8.2.
kommunal təsərrüfatı
132 026 229
8.3.
su təsərrüfatı
3 059 861
8.4.
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər
 
362 116
9.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
 
281 904 562
9.1.
kənd təsərrüfatı
265 296 279
9.2.
meşə təsərrüfatı
8 204 635
9.3.
balıqçılıq və ovçuluq
1 400 640
9.4.
ətraf mühitin mühafizəsi
2 098 269
9.5.
hidrometeorologiya tədbirləri 
4 904 739
10.
Sənaye, tikinti və faydalı qazıntılar
4 292 035 319
10.1.
tikinti
4 286 980 386
10.1.1.
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
4 275 169 336
10.2.
faydalı qazıntılar
5 054 933
11.
Nəqliyyat və rabitə
84 709 421
11.1.
nəqliyyat
84 592 728
11.2.
rabitə
116 693
12.
İqtisadi fəaliyyət
144 238 549
12.1.
iqtisadi və kommersiya fəaliyyəti
37 500 000
12.2.
iqtisadi fəaliyyətin digər sahələri
24 091 661
12.3.
çoxsahəli inkişaf layihələri
82 646 888
13.
Əsas bölmələrə aid edilməyən xidmətlər
987 353 928
13.1.
məqsədli büdcə fondları
176 361 994
13.1.1.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu
129 694 994
13.1.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”
46 667 000
13.2.
ehtiyat fondları
592 518 582
13.2.1.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
154 000 000
13.2.2.
Dövlət büdcəsinin Ehtiyat Fondu
438 518 582
13.3.
əsas bölmələrə aid edilməyən sair xərclər
218 473 352
13.3.1.
2008-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği
       
         93 510 364
14.
Büdcə kəsiri (defisit)
      11 562 036
15.
2009-cu il 01 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı
 
269 770 000

 
3. 2008-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq)    2009-cu il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilsin.
 
 
4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
 
    
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin