Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 4 DEKABR TARİXLİ 930-IIIQ NÖMRƏLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “MİQRASİYA ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA ƏSASNAMƏ”YƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 972; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 969-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:

1. aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:

“29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə və xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

2. VII fəslin adında “rütbələri” sözundən sonra “və xüsusi geyim forması” sözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 77-1 və 77-2-ci maddələr əlavə edilsin:

“77-1. Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilər xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

77-2. Xüsusi geyim forması pulsuz verilir. Xüsusi geyim formasının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin