Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası gəlirlər 15700702,2 min manat, xərclər 15397522,0 min manat məbləğində olmaqla təsdiq edilsin.

 

Maddə 2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:

 
 
Sıra
№-si
Göstəricilər
Məbləğ
 (manatla)
 
Gəlirlər
 15 700 702 182
1.
Fiziki şəxslərin gəlir vergisi
715 679 984
2.
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi
2 134 000 528
3.
Əlavə dəyər vergisi
2 222 680 623
3.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
 
834 997 218
4.
Aksiz
480 154 026
4.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz
62 759 656
5.
Hüquqi şəxslərin əmlak vergisi
103 867 532
6.
Hüquqi şəxslərin torpaq vergisi
35 320 967
7.
Yol vergisi
40 298 973
7.1.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
 
12 196 366
8.
Mədən vergisi
129 770 039
9.
Sadələşdirilmiş vergi
100 393 968
10.
Gömrük rüsumları
231 575 300

11.
Dövlət rüsumu
106 842 358
12.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar
 
5 681 188
13.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
 
5 121 991
14.
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar
 
 
 
197 661 583
15.
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
 
798 484
16.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar
 
5 207 886
17.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər
1 200 000
18.
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
 
3 235 537
19.
Dövlət Neft Fondundan daxilolmalar
9 000 000 000
20.
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar
2 098 982
21.
Aksiz markaların satışından daxilolmalar
3 594 714
22.
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar
108 683 200
23.
Sair daxilolmalar
66 834 319
 
Xərclər
15 397 522 021
1.
Ümumi dövlət xidmətləri
1 071 775 956
1.1.
qanunvericilik və icra hakimiyyəti, yerli  özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
 
281 851 501
1.2.
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri
69 658 987
1.3.
elm xərcləri
106 104 362
1.4.
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
14 196 148
1.5.
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
343 767 333
1.6.
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya
3 497 625
1.7.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
252 700 000
2.
Müdafiə
1 345 288 988
2.1.
müdafiə qüvvələri
1 217 877 859
2.2.
milli təhlükəsizlik
123 070 053
2.3.
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar
1 993 401
2.4.
digər kateqoriyalara aid edilməyən xərclər
2 347 675
3.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
710 290 509
3.1.
məhkəmə hakimiyyəti
35 526 943
3.2.
hüquq-mühafizə
629 448 452
3.3.
prokurorluq
44 993 989
3.4.
digər kateqoriyalara aid edilməyən xərclər
321 125
4.
Təhsil
1 268 528 881
4.1.
məktəbəqədər və ibtidai təhsil
93 886 426
4.2.
natamam və orta təhsil
718 646 739
4.3.
internat və xüsusi məktəblər
50 286 187
4.4.
texniki-peşə məktəbləri və liseylər
67 016 976
4.5.
ali təhsil
150 205 542
4.6.
təhsil sahəsində tətbiqi tədqiqatlar
4 467 429
4.7.
təhsil sahəsində digər xidmətlər
184 019 582
5.
Səhiyyə
493 425 223
5.1.
poliklinikalar və ambulatoriyalar
83 978 348
5.2.
xəstəxanalar
264 978 529
5.3.
səhiyyə sahəsində digər xidmətlər
4 318 858
5.4.
səhiyyə sahəsində tətbiqi tədqiqatlar
3 119 657
5.5.
səhiyyə sahəsinə aid edilən digər xidmətlər
137 029 831
6.
Sosial müdafiə və sosial təminat
1 495 362 012
6.1.
sosial müdafiə xərcləri
1 478 252 401
6.1.1.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)
 
886 000 000
6.1.2.
sosial müavinətlər, yardımlar və digər sosial ödənişlər
586 780 142
6.1.3.
sığorta-pensiya təminatı və əmək haqqı sistemində islahatlar
5 472 259
6.2.
sosial təminat xərcləri
17 109 611
7.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
 
189 853 187
7.1.
mədəniyyət və incəsənət sahəsində fəaliyyət
106 345 485
7.2.
radio, televiziya və nəşriyyat
53 889 400
7.3.
bədən tərbiyəsi, gənclər siyasəti və turizm
26 130 927
7.4.
digər kateqoriyalara aid edilməyən fəaliyyət
3 487 375
8.
Mənzil və kommunal təsərrüfatı
312 342 837
8.1.
mənzil təsərrüfatı
102 946 780
8.2.
kommunal təsərrüfatı
204 776 729
8.3.
su təsərrüfatı
4 156 812
8.4.
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər
462 516
9.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
 
444 731 999
9.1.
kənd təsərrüfatı
424 408 612
9.2.
meşə təsərrüfatı
9 339 179
9.3.
balıqçılıq və ovçuluq
1 690 352
9.4.
ətraf mühitin mühafizəsi
3 301 092
9.5.
hidrometeorologiya tədbirləri 
5 992 764
10.
Sənaye, tikinti və faydalı qazıntılar
5 866 257 015
10.1.
tikinti
5 852 760 650
10.1.1.
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
5 851 583 317
10.2.
faydalı qazıntılar
13 496 365
11.
Nəqliyyat və rabitə
61 594 565
11.1.
nəqliyyat
57 540 286
11.2.
rabitə
4 054 279
12.
İqtisadi fəaliyyət
118 329 834
12.1.
iqtisadi və kommersiya fəaliyyəti
34 999 987
12.2.
iqtisadi fəaliyyətin digər sahələri
20 000 000
12.3.
çoxsahəli inkişaf layihələri
62 623 797
12.4.
iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar
706 050
13.
Əsas bölmələrə aid edilməyən xidmətlər
2 019 741 015
13.1.
məqsədli büdcə fondları
263 253 700
13.1.1.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu
170 000 000
13.1.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”
93 253 700
13.2.
ehtiyat fondları
437 907 922
13.2.1.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
209 990 057
13.2.2.
Dövlət büdcəsinin Ehtiyat Fondu
227 917 865
13.3.
əsas bölmələrə aid edilməyən sair xərclər
1 318 579 393
13.3.1.
xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər
1 086 970 640
13.3.2.
dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri
 
132 657 945
13.3.3.
digər xidmətlər üzrə xərclər
88 967 590
13.3.4.
2011-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği
 
9 983 218
14.
Büdcə artıqlığı (profisit)
303 180 161
15.
2012-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı
 
382 911 452

 

Maddə 3. 2011-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2012-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilsin.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 29 may 2012-ci il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin