Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
 Maddə 1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin gəlirləri  16 438 000,0 min manat, xərcləri 17 072 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 938 610,5 min manat, yerli gəlirləri 499 389,5 min manat və mərkəzləşdirilmiş xərcləri 15 779 160,0 min manat, yerli xərcləri 1 292 840,0 min manat) məbləğində təsdiq edilsin.
 Maddə 2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:                                                                                                   
 
                                                                                                              (min manatla)

 
Gəlirlərin mənbələri
 
Dövlət büdcəsinin gəlirləri
 
 
 
2.1.
Fiziki şəxslərin gəlir vergisi
722 000,0
 
 
 
2.2.
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi
1 780 000,0
 
 
 
2.3.
Hüquqi şəxslərin torpaq vergisi                                                                                                                                                  
28 000,0
 
 
 
2.4.
Hüquqi şəxslərin əmlak vergisi
102 000,0
 
 
 
2.5.
Əlavə dəyər vergisi
2 302 800,0
 
 
 
2.5.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
 
878 000,0
 
 
 
2.6.
Sadələşdirilmiş vergi
96 000,0
 
 
 
2.7.
Aksiz
 533 600,0
 
 
 
2.7.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz
 
79 000,0
 
 
 
2.8.
Yol vergisi
39 000,0
 
 
 
2.8.1.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
 
11 000,0
 
 
 
2.9.
Mədən vergisi
125 200,0
 
 
 
2.10.
Gömrük rüsumları
232 000,0
 
 
 
2.11.
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar
 
 
 
320 500,0
 
 
 
2.12.
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar
3 415,0
 
 
 
2.13.
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
 
2 894,0
 
 
 
2.14.
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
 
833,0
 
 
 
2.15.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər
 
1 660,0
 
 
 
2.16.
Dövlət Neft Fondundan daxilolmalar
9 905 000,0
 
 
 
2.17.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
 
 
5 000,0
 
 
 
2.18.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar
 
5 500,0
 
 
 
2.19.
Aksiz markaların satışından daxilolmalar
3 000,0
 
 
 
2.20.
Dövlət rüsumu
105 000,0
 
 
 
2.21.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar
 
4 598,0
 
 
 
2.22.
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar
120 000,0
 
 
 

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
 

3.1.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu
180 000,0
 
 
 
3.1.1.
Yol vergisi
39 000,0
 
 
 
3.1.2.
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
 
 
12 000,0
 
 
 
3.1.3.
İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər
53 070,0
 
 
 
3.1.4.
İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu
 
51 500,0
 
 
 
3.1.5.
Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu
 
 
12 430,0
 
 
 
3.1.6.
Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu
 
 
12 000,0
 
 
 
3.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”
100 000,0
 
 
 
3.2.1.
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
 
2 894,0
3.2.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar
 
4 598,0
 
 
 
3.2.3.
“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.13-cü, 2.21-ci və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait
 
 
 
 
92 508,0

 
Maddə 4. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
 
Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım müəyyən edilir. Yığım üzrə hesabat dövrü təqvim ayı sayılır. Yığım hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və yığımı həyata keçirən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi formada hesabat təqdim edilir. Yığımların vaxtında ödənilməməsinə, azaldılmasına, yayındırılmasına və hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq faizlər hesablanır və ya maliyyə sanksiyası tətbiq edilir.
 
Maddə 6. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:
 
 

6.1.
Bakı şəhəri üzrə gəlirlərdən (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa)
 
97,49 faiz
6.2.
Aşağıdakı mənbələr üzrə daxilolmalardan:
 
 
Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
100,0 faiz

 
 
Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:
 
7.1. Bakı şəhəri üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - Bakı şəhəri üzrə gəlirlərin 2,51 faizi;
 
7.2. Digər şəhər və rayonlar üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi, habelə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi, əmlak və torpaq vergiləri.
 
 
Maddə 8. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.
 
 

Xərclərin istiqamətləri
Məbləğ
(manatla)
 
8.1.
Ümumi dövlət xidmətləri
1.202.486.834,0
8.1.1.
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
 
341.418.084,0
8.1.2.
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara
üzvlük haqqı xərcləri
100.578.169,0
8.1.3.
elm xərcləri
123.367.974,0
8.1.4.
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 
 
11.581.294,0
8.1.5.
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
 
362.411.313,0
8.1.6.
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya
5.000.000,0
8.1.7.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
258.130.000,0
 
 
 
 
8.2.
Müdafiə
1.381.425.503,0
8.2.1.
müdafiə qüvvələri
1.284.647.004,0
8.2.2.
milli təhlükəsizlik
91.415.111,0
8.2.3.
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar
2.397.147,0
8.2.4.
digər kateqoriyalara aid edilməyən xərclər
2.966.241,0
 
 
 
 
8.3.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
 
945.140.182,0
8.3.1.
məhkəmə hakimiyyəti
44.411.956,0
8.3.2.
hüquq-mühafizə
777.538.218,0
8.3.3.
prokurorluq
53.110.986,0
8.3.4.
digər kateqoriyalara aid edilməyən xərclər
70.079.022,0
 
 
 
 
8.4.
Təhsil
1.582.937.213,0
8.4.1.
məktəbəqədər və ibtidai təhsil
96.408.750,0
8.4.2.
natamam və orta təhsil
740.223.717,0
8.4.3.
internat və xüsusi məktəblər
51.464.065,0
8.4.4.
texniki-peşə məktəbləri və liseylər
73.533.724,0
8.4.5.
ali təhsil
116.950.441,0
8.4.6.
təhsil sahəsində tətbiqi tədqiqatlar
5.180.324,0
8.4.7.
təhsil sahəsində digər xidmətlər
499.176.192,0
 
 
 
 
8.5.
Səhiyyə
658.709.337,0
8.5.1.
poliklinikalar və ambulatoriyalar
87.889.706,0
8.5.2.
xəstəxanalar
275.296.358,0
8.5.3.
səhiyyə sahəsində digər xidmətlər
5.506.911,0
8.5.4.
səhiyyə sahəsində tətbiqi tədqiqatlar
3.745.550,0
8.5.5.
səhiyyə sahəsinə aid edilən digər xidmətlər
286.270.812,0
 
 
 
 
8.6.
Sosial müdafiə və sosial təminat
1.785.788.168,0
8.6.1.
sosial müdafiə xərcləri
1.765.527.651,0
8.6.1.1.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)
 
1.044.300.000,0
8.6.2.
sosial təminat xərcləri
20.260.517,0
 
 
 
 
8.7.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
 
254.777.758,0
8.7.1.
mədəniyyət və incəsənət sahəsində fəaliyyət
125.404.861,0
8.7.2.
radio, televiziya və nəşriyyat 
59.022.998,0
8.7.3.
bədən tərbiyəsi, gənclər siyasəti və turizm
57.088.373,0
8.7.4.
digər kateqoriyalara aid edilməyən fəaliyyət
13.261.526,0
 
 
 
 
8.8.
Mənzil və kommunal təsərrüfatı
344.433.872,0
8.8.1.
mənzil təsərrüfatı
68.577.370,0
8.8.2.
kommunal təsərrüfatı
263.932.072,0
8.8.3.
su təsərrüfatı
11.460.871,0
8.8.4.
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər
463.559,0
 
 
 
 
8.9.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
 
472.735.785,0
8.9.1.
kənd təsərrüfatı
450.457.875,0
8.9.2.
meşə təsərrüfatı
9.754.270,0
8.9.3.
balıqçılıq və ovçuluq
2.086.446,0
8.9.4.
ətraf mühitin mühafizəsi
3.620.557,0
8.9.5.
hidrometeorologiya tədbirləri
6.816.637,0
 
 
 
 
8.10.
Sənaye, tikinti və faydalı qazıntılar
5.794.110.679,0
8.10.1.
tikinti
5.777.100.000,0
 8.10.1.1.
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
5.774.100.000,0
 8.10.2.
faydalı qazıntılar
15.010.679,0
8.10.3
geodeziya və xəritəçəkmə
2.000.000,0
 
 
 
 
8.11.
Nəqliyyat və rabitə
87.910.935,0
8.11.1.
nəqliyyat
70.300.654,0
8.11.2.
rabitə
17.610.281,0
 
 
 
 
8.12.
İqtisadi fəaliyyət
185.866.150,0
8.12.1.
iqtisadi və kommersiya fəaliyyəti
35.000.000,0
8.12.2.
iqtisadi fəaliyyətin digər sahələri
20.000.000,0
8.12.3.
çoxsahəli inkişaf layihələri
129.990.150,0
8.12.4.
İqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar
876.000,0
 
 
 
 
8.13.
Əsas bölmələrə aid edilməyən xidmətlər
2.375.677.584,0
8.13.1.
məqsədli büdcə fondları
280.000.000,0
8.13.1.1.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu
180.000.000,0
8.13.1.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”
100.000.000,0
8.13.2.
ehtiyat fondları
800.000.000,0
8.13.2.1.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
300.000.000,0
8.13.2.2.
Dövlət büdcəsinin Ehtiyat Fondu
500 000 000,0
8.13.3.
əsas bölmələrə aid edilməyən sair xərclər
1.295.677.584,0

 
 
Maddə 9. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
 
Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 5.311.600.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 499.389.452,0 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 64.430.000,0 manat, yerli xərcləri 1.290.840.000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 791.450.548,0 manat təsdiq edilsin.
Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2.000.000,0 manat təsdiq edilsin. 
 
     (manatla)

Şəhər və rayonların adı
Gəlirlər
Xərclər
Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait
Cəmi
o cümlədən
şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ
“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ
 
Şəhərlər:
 
 
 
 
 
1
Bakı
4 897 227 000
122 237 452
27 209 000
122 237 452
 
2
Gəncə
24 609 000
23 688 000
921 000
53 835 405
30 147 405
3
Sumqayıt
62 496 000
60 743 000
1 753 000
60 743 000
 
4
Lənkəran
13 048 000
12 516 000
532 000
29 827 564
17 311 564
5
Şəki
11 986 000
11 162 000
824 000
31 365 997
20 203 997
6
Yevlax
8 366 000
7 524 000
842 000
20 322 733
12 798 733
7
Mingəçevir
9 202 000
8 900 000
302 000
26 910 519
18 010 519
8
Şirvan
10 722 000
10 238 000
484 000
14 887 622
4 649 622
9
Naftalan
996 000
956 000
40 000
3 012 994
2 056 994
10
Xankəndi
 
 
 
 
 
 
Rayonlar:
 
 
 
 
 
11
Abşeron
34 148 000
23 794 000
10 354 000
23 794 000
 
12
Ağcabədi
5 072 000
4 840 000
232 000
21 089 603
16 249 603
13
Ağdam
4 656 000
4 462 000
194 000
32 386 608
27 924 608
14
Ağdaş
3 868 000
3 708 000
160 000
17 569 083
13 861 083
15
Ağstafa
3 550 000
3 364 000
186 000
14 816 051
11 452 051
16
Ağsu
2 890 000
2 734 000
156 000
11 911 454
9 177 454
17
Astara
7 728 000
2 296 000
5 432 000
16 352 561
14 056 561
18
Balakən
3 932 000
3 050 000
882 000
13 904 431
10 854 431
19
Beyləqan
3 542 000
3 400 000
142 000
14 174 206
10 774 206
20
Bərdə
8 290 000
7 996 000
294 000
27 258 382
19 262 382
21
Biləsuvar
4 130 000
3 174 000
956 000
14 032 677
10 858 677
22
Cəbrayıl
1 016 000
902 000
114 000
11 461 473
10 559 473
23
Cəlilabad
6 442 000
6 088 000
354 000
29 145 169
23 057 169
24
Daşkəsən
1 900 000
1 848 000
52 000
10 595 445
8 747 445
25
Füzuli
4 644 000
4 544 000
100 000
26 706 931
22 162 931
26
Gədəbəy
3 000 000
2 856 000
144 000
22 782 923
19 926 923
27
Goranboy
3 850 000
3 632 000
218 000
21 825 767
18 193 767
28
Göyçay
6 218 000
6 020 000
198 000
19 064 189
13 044 189
29
Göygöl
3 752 000
3 560 000
192 000
12 917 393
9 357 393
30
Hacıqabul
3 518 000
3 340 000
178 000
9 726 056
6 386 056
31
Xaçmaz
13 784 000
12 266 000
1 518 000
26 205 268
13 939 268
32
Xızı
1 468 000
1 448 000
20 000
4 946 384
3 498 384
33
Xocalı
300 000
280 000
20 000
3 267 115
2 987 115
34
Xocavənd
564 000
534 000
30 000
4 690 469
4 156 469
35
İmişli
6 514 000
6 272 000
242 000
17 588 098
11 316 098
36
İsmayıllı
3 830 000
3 632 000
198 000
18 218 121
14 586 121
37
Kəlbəcər
1 098 000
1 068 000
30 000
17 910 428
16 842 428
38
Kürdəmir
4 472 000
4 294 000
178 000
16 143 602
11 849 602
39
Qax
2 980 000
2 850 000
130 000
14 912 108
12 062 108
40
Qazax
4 382 000
4 088 000
294 000
17 537 630
13 449 630
41
Qəbələ
8 144 000
7 896 000
248 000
17 276 825
9 380 825
42
Qobustan
2 310 000
2 218 000
92 000
7 324 422
5 106 422
43
Quba
12 400 000
12 052 000
348 000
25 560 252
13 508 252
44
Qubadlı
3 100 000
2 983 000
117 000
9 340 108
6 357 108
45
Qusar
5 172 000
4 982 000
190 000
16 871 623
11 889 623
46
Laçın
1 858 000
1 778 000
80 000
19 283 225
17 505 225
47
Lerik
1 648 000
1 566 000
82 000
15 382 210
13 816 210
48
Masallı
7 154 000
6 792 000
362 000
23 277 520
16 485 520
49
Neftçala
4 094 000
3 944 000
150 000
14 162 339
10 218 339
50
Oğuz
2 100 000
1 982 000
118 000
9 721 806
7 739 806
51
Saatlı
5 660 000
5 554 000
106 000
16 285 580
10 731 580
52
Sabirabad
6 808 000
6 608 000
200 000
22 914 144
16 306 144
53
Salyan
6 626 000
6 394 000
232 000
21 002 301
14 608 301
54
Samux
2 360 000
2 252 000
108 000
10 701 248
8 449 248
55
Siyəzən
2 948 000
2 888 000
60 000
6 973 061
4 085 061
56
Şabran
3 736 000
3 622 000
114 000
9 950 833
6 328 833
57
Şamaxı
6 316 000
6 074 000
242 000
19 436 541
13 362 541
58
Şəmkir
6 776 000
6 258 000
518 000
33 358 571
27 100 571
59
Şuşa
1 200 000
960 000
240 000
6 208 663
5 248 663
60
Tərtər
3 200 000
3 102 000
98 000
12 809 921
9 707 921
61
Tovuz
9 100 000
5 068 000
4 032 000
29 613 834
24 545 834
62
Ucar
3 100 000
2 980 000
120 000
13 751 988
10 771 988
63
Yardımlı
1 548 000
1 474 000
74 000
11 731 353
10 257 353
64
Zaqatala
6 528 000
6 234 000
294 000
21 814 929
15 580 929
65
Zəngilan
1 082 000
1 054 000
28 000
7 653 456
6 599 456
66
Zərdab
2 442 000
2 370 000
72 000
12 356 336
9 986 336
 
Cəmi:
5 311 600 000
499 389 452
64 430 000
1 290 840 000
791 450 548

 
 
Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzimlənməsi müvafiq icra hakimiyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.
 
 
Maddə 12. Azərbaycan Respublikasının 2012-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:   
 
(manatla)
 

12.1.
12.1.1.
12.1.2.
Daxili dövlət borcu üzrə
faiz ödənişləri
əsas borc üzrə ödənişlər
126.466.004,0
30.289.924,0
96.176.080,0
 
12.2.
12.2.1.
12.2.2.
 
Xarici dövlət borcu üzrə
faiz ödənişləri
əsas borc üzrə ödənişlər
 
235.945.309,0
121.109.537,0
114.835.772,0

 
 
 
Maddə 13. Azərbaycan Respublikasının 2012-ci ildə daxili dövlət borcunun yuxarı həddi (limiti) 1 200 000,0 min manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 2 000 000,0 min manat təsdiq edilsin.
 
Maddə 14. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.
 
Maddə 15. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 634 000,0 min manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, xarici qrantlar və 2012-ci il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilsin.
 
Maddə 16. Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 20 203 835,2 min manat müəyyən edilsin.
 
       Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin kəsiri 12 679 084,0 min manat məbləğində müəyyən edilsin.
 
Maddə 18. Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
 
 İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 6 dekabr 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin