Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 
Maddə 1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 281 521,6 min manat, xərclər 17 416 453,0 min manat məbləğində olmaqla təsdiq edilsin.
 
Maddə 2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
 
                                                                                                  
Sıra
№-si
Göstəricilər
Məbləğ
 (manatla)
 
Gəlirlər
17 281 521 568
1.
Fiziki şəxslərin gəlir vergisi
812 977 101
2.
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi
2 252 014 735
3.
Hüquqi şəxslərin torpaq vergisi
30 596 127
4.
Hüquqi şəxslərin əmlak vergisi
105 087 638
5.
Əlavə dəyər vergisi
2 366 934 231
5.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi
 
883 366 308
6.
Sadələşdirilmiş vergi
111 420 490
7.
Aksiz
531 497 621
7.1.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz
76 850 191
8.
Yol vergisi
46 160 521
8.1.
Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi
 
17 510 135
9.
Mədən vergisi
125 782 699
10.
Gömrük rüsumları
230 622 140
11.
Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar
 
 
 
350 562 630
12.
Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar
2 476 800
13.
Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar
 
2 730 772
14.
Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
 
818 323
15.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər
1 272 000
16.
Dövlət Neft Fondundan daxilolmalar
9 905 000 000
17.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar
 
5 197 120
18.
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar
 
6 616 356
19.
Aksiz markaların satışından daxilolmalar
4 178 905

20.
Dövlət rüsumu
103 429 127
21.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar
 
5 852 145
22.
Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar
160 151 492
23.
Sair daxilolmalar
120 142 595
 
Xərclər
17 416 452 989
1.
Ümumi dövlət xidmətləri
1 027 018 225
1.1.
qanunvericilik və icra hakimiyyəti, yerli  özünüidarəetmə orqanlarının saxlanılması  xərcləri
 
342 305 281
1.2.
beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri
82 744 788
1.3.
elm xərcləri
116 732 321
1.4.
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
9 697 522
1.5.
dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
212 411 313
1.6.
yerli (bələdiyyə) büdcələrə verilən dotasiya
4 997 000
1.7.
Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya
258 130 000
2.
Müdafiə
1 400 688 506
2.1.
müdafiə qüvvələri
1 275 199 696
2.2.
milli təhlükəsizlik
120 740 974
2.3.
müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar
2 307 270
2.4.
digər kateqoriyalara aid edilməyən xərclər
2 440 566
3.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
929 162 694
3.1.
məhkəmə hakimiyyəti
39 212 179
3.2.
hüquq-mühafizə
777 521 694
3.3.
prokurorluq
50 942 547
3.4.
digər kateqoriyalara aid edilməyən xərclər
61 486 274
4.
Təhsil
1 453 180 951
4.1.
məktəbəqədər və ibtidai təhsil
102 131 267
4.2.
natamam və orta təhsil
766 446 216
4.3.
internat və xüsusi məktəblər
51 491 841
4.4.
texniki-peşə məktəbləri və liseylər
71 639 741
4.5.
ali təhsil
140 185 503
4.6.
təhsil sahəsində tətbiqi tədqiqatlar
4 699 129
4.7.
təhsil sahəsində digər xidmətlər
316 587 254
5.
Səhiyyə
609 384 821
5.1.
poliklinikalar və ambulatoriyalar
91 901 703
5.2.
xəstəxanalar
315 489 461
5.3.
səhiyyə sahəsində digər xidmətlər
5 301 396
5.4.
səhiyyə sahəsində tətbiqi tədqiqatlar
3 505 544
5.5.
səhiyyə sahəsinə aid edilən digər xidmətlər
193 186 717
6.
Sosial müdafiə və sosial təminat
1 769 555 226
6.1.
sosial müdafiə xərcləri
1 750 785 033
6.1.1.
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə  Fonduna  dövlət büdcəsindən ayırmalar (transfert)
 
1 044 300 000
6.2.
sosial təminat xərcləri
18 770 193
7.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
 
240 808 533
7.1.
mədəniyyət və incəsənət sahəsində fəaliyyət
112 643 316
7.2.
radio, televiziya və nəşriyyat
60 270 156
7.3.
bədən tərbiyəsi, gənclər siyasəti və turizm
56 103 943
7.4.
digər kateqoriyalara aid edilməyən fəaliyyət
11 791 118
8.
Mənzil və kommunal təsərrüfatı
437 919 000
8.1.
mənzil təsərrüfatı
102 052 310
8.2.
kommunal təsərrüfatı
313 338 587
8.3.
su təsərrüfatı
21 418 624
8.4.
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər
1 109 479
9.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
 
468 190 352
9.1.
kənd təsərrüfatı
446 147 187
9.2.
meşə təsərrüfatı
10 097 089
9.3.
balıqçılıq və ovçuluq
1 955 306
9.4.
ətraf mühitin mühafizəsi
3 634 109
9.5.
hidrometeorologiya tədbirləri 
6 356 661
10.
Sənaye, tikinti və faydalı qazıntılar
5 783 716 049
10.1.
tikinti
5 766 705 423
10.1.1.
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
5 763 706 006
10.2.
faydalı qazıntılar
15 010 679
10.3
geodeziya və xəritəçəkmə
1 999 947
11.
Nəqliyyat və rabitə
85 415 860
11.1.
nəqliyyat
75 234 140
11.2.
rabitə
10 181 720
12.
İqtisadi fəaliyyət
185 469 798
12.1.
iqtisadi və kommersiya fəaliyyəti
34 999 759
12.2.
iqtisadi fəaliyyətin digər sahələri
20 000 000
12.3.
çoxsahəli inkişaf layihələri
129 887 097
12.4.
iqtisadi fəaliyyət sahələri üzrə təcrübə və tətbiqi tədqiqatlar
582 942
13.
Əsas bölmələrə aid edilməyən xidmətlər
3 025 942 974
13.1.
məqsədli büdcə fondları
272 508 000
13.1.1.
“Avtomobil Yolları” Məqsədli Büdcə Fondu
180 000 000
13.1.2.
“Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”
92 508 000
13.2.
ehtiyat fondları
1 136 822 723
13.2.1.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
299 706 880
13.2.2.
Dövlət büdcəsinin Ehtiyat Fondu
837 115 843
13.3.
əsas bölmələrə aid edilməyən sair xərclər
1 616 612 251
13.3.1.
2012-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği
 
5 016 705
 
Büdcə kəsiri
134 931 421
 
2013-cü il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı
 
464 989 900
 
 
Maddə 3.  2012-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2013-cü il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə  yönəldilsin.
 
 
     İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
 
Bakı şəhəri, 31 may 2013-cü il.
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin