Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007-ci il, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578) 64.0.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin.

“64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin