Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007-ci il, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 2, maddə 70, № 3, maddə 171) 53.3-cü maddəsinin birinci cümləsində “Uşağın soyadı” sözlərindən sonra “, bir qayda olaraq,” sözləri əlavə olunsun və bu maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin