Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) Səfirliyinin təsis edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Avstraliya İttifaqında (Kanberra şəhərində) Səfirliyi təsis edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2012-ci il.