Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:

Rayon (şəhər) məhkəmələri üzrə:

Fərhadov Xanlar Zalı oğlu - Ağcabədi Rayon Məhkəməsinin sədri

Məmmədov Mübariz İsfəndiyar oğlu - Ağdaş Rayon Məhkəməsinin sədri

Hüseynov Şirzad Həsən oğlu - Ağstafa Rayon Məhkəməsinin sədri

Şirvanov Maşalla Nəcəfəli oğlu - Beyləqan Rayon Məhkəməsinin sədri

Nurullayev Ramiz Vəliş oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Ələkbərov Əliəjdər Məlik oğlu - Cəlilabad Rayon Məhkəməsinin sədri

Kazımov Elçin Məmməd oğlu - Goranboy Rayon Məhkəməsinin sədri

Ağayev Süleyman Əhməd oğlu - İmişli Rayon Məhkəməsinin sədri

Vəliyev Adil Yaqub oğlu - Qusar Rayon Məhkəməsinin sədri

Nəsibov Cahangir Hacıbaba oğlu - Masallı Rayon Məhkəməsinin sədri

Səmədov Ağarza Hacırza oğlu - Sabirabad Rayon Məhkəməsinin sədri

Mirzəliyev Hüseyn Seyfulla oğlu - Tərtər Rayon Məhkəməsinin sədri

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Bəylərli Səxavət Şahhüseyn oğlu - Babək Rayon Məhkəməsinin sədri

Yerli iqtisad məhkəmələri üzrə:

Bəşirov Çingiz Adil oğlu - Sumqayıt yerli iqtisad məhkəməsinin sədri

Qasımov Elçin Lütvəli oğlu - Şirvan yerli iqtisad məhkəməsinin sədri

Hərbi məhkəmələr üzrə:

Məmmədov Şirvan İbrahim oğlu - Lənkəran Hərbi Məhkəməsinin sədri

Cəfərov Vidadi Cəfər oğlu - Sumqayıt Hərbi Məhkəməsinin sədri

Sadayev Qabil Şamı oğlu - Tərtər Hərbi Məhkəməsinin sədri

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin