Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008-ci il, № 3, maddə 158) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 12-ci maddəyə aşağıdakı məzmunda dördüncü-altıncı hissələr əlavə edilsin, dördüncü-altıncı hissələr müvafiq olaraq yeddinci-doqquzuncu hissələr hesab edilsin:

“Əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti ona verilmiş vizada göstərilən ölkədə qalma müddəti ilə müəyyən edilir.

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 90 gündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbinin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmamışdırsa, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməmişdirsə və ya belə icazə verilməsi üçün ondan ərizə qəbul edilməmişdirsə, o, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

2. 14-cü maddənin birinci hissəsində “və ya birbaşa” sözləri “, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa” sözləri ilə əvəz edilsin.

II. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 19; 2001-ci il, №11, maddələr 676, 695, 688; 2002-ci il, №5, maddə 243, №12, maddə 692; 2004-cü il, №2, maddə 57; 2006-cı il, №1, maddə 3; 2007-ci il, №5, maddə 398) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2-ci maddədə:

1.1. üçüncü hissədən “müvəqqəti və ya” sözləri çıxarılsın;

1.2. dördüncü hissədə “Azərbaycan Respublikasına gələn” sözləri “Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş ” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin, beşinci hissə altıncı hissə hesab edilsin:

“Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşayan hesab edilirlər.”;

2. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilə bilər:

- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

- həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olduqda;

- həmin şəxslər ölkə iqtisadiyyatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə investisiya qoyduqda;

- həmin şəxslər Azərbaycan Respublikasının banklarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə pul vəsaiti qoyduqda;

- həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;

- həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;

- həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda ;

- qanunla müəyyən edilmiş digər hallarda.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilmir, əvvəl verilmiş icazə isə ləğv edilir:

- onların Azərbaycan Respublikasında müvəqqəti yaşaması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai asayişə zərər vura biləcəyi hallarda;

- həmin şəxslər Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;

- onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;

- həmin şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda;

- həmin şəxslər əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda;

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikah etibarsız hesab edildikdə;

- onlar xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;

- şəxsin Azərbaycan Respublikasında yaşaması arzuolunmaz hesab edildikdə;

- qanunla müəyyən edilmiş digər hallarda.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə bir ilədək müddətə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə onu verən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilə və ya onun müddəti dörd dəfədən çox olmamaq şərti ilə uzadıla bilər.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilə bilər.

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar.

Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab edilirlər.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.”;

3. 27-ci maddədə:

3.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələbləri kobud surətdə pozulduqda, habelə Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər hallarda immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının və ya məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər.

İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

3.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin qərar icra olunanadək müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü olaraq yerləşdirilə bilərlər.”. III. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 88; 2001-ci il, №11, maddələr 669, 676; 2002-ci il, №1, maddə 2, №5, maddələr 237, 243; 2006-cı il, №6, maddə 478; 2007-ci il, №8, maddə 756, №12, maddə 1197) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 3-cü maddənin birinci hissəsində:

1.1. 2-ci bənddə “əcnəbi” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;

1.2. 3-cü bənddə “daimi yaşayan” sözlərindən sonra “əcnəbi və ya” sözləri əlavə edilsin, “şəxsiyyət vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin;

2. 6-cı maddədə:

2.1. maddənin adında “Əcnəbinin” sözü “Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin” sözləri ilə əvəz edilsin;

2.2. birinci hissədə :

“əcnəbi” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin;

“əcnəbinin qeyd vəsiqəsinin II hissəsini” və “immiqrant statusunu təsdiq edən sənədi” sözləri çıxarılsın;

2.3. ikinci hissədə “əcnəbiyə” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxsə” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Həmin vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

1) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün - vizada göstərilən ölkədə qalma müddətinə;

2) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün - 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə;

3) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə - icazədə göstərilmiş müddətə.”;

3. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 7. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında daimi yaşamaq istəyən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrant statusu verilməsi barədə qərar qəbul edildikdən sonra o, yaşayış yeri üzrə immiqrant kimi qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət edərək, öz pasportunu və ya şəxsiyyətini təsdiq edən digər etibarlı sənədi, ona immiqrant statusu verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarını, habelə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınan immiqranta Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir.”;

4. 11-ci maddənin ikinci hissəsinin birinci cümləsindən “əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə” sözləri çıxarılsın.

IV. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 136; 2001-ci il, №11, maddə 660; 2002-ci il, №6, maddə 328; 2006-cı il, №2, maddə 64, №11, maddə 933; 2007-ci il, №11, maddə 1053) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2-ci bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Bu bəndin “a” və “b” yarımbəndlərində göstərilən sənədlər yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. ”;

2. 31-ci bənddə “əcnəbiyə” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxsə (bundan sonra - “əcnəbi”) sözləri əlavə edilsin;

3. 34-cü bənd aşağıdakı redaksiyada verilsin:

“34. Əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:

a) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün - vizada göstərilən ölkədə qalma müddətinə;

b) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün - 90 gün, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə;

c) Azərbaycan Respublikasına viza ilə və ya viza tələb olunmayan qaydada gələn əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verildikdə - icazədə göstərilmiş müddətə. ”;

4. aşağıdakı məzmunda 38-ci bənd əlavə edilsin:

“38. Bu Əsasnaməyə uyğun olaraq, vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə verilmiş sənədlər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.”

V. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 607; 2005-ci il, №10, maddə 905) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 5-ci maddənin birinci hissəsinin 1-ci bəndində “(əsas: bu Qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması)” sözləri “, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun ;” sözləri ilə əvəz edilsin;

2. 14-cü maddədə:

2.1. birinci hissədə “yaşayan və ” sözləri “fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda ikinci-altıncı hissələr əlavə edilsin, ikinci-dördüncü hissələr müvafiq olaraq yeddinci - doqquzuncu hissələr hesab edilsin:

“Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.

Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.

Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. ”.

VI. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 156; 2001-ci il, №11, maddələr 676, 695; 2004-cü il, №2, maddə 57, №7, maddə 505; 2007-ci il, №11, maddə 1053) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 3-cü maddədə:

1.1. ikinci abzasdan “müvəqqəti və ya” sözləri çıxarılsın;

1.2. üçüncü abzasda “yaşamaq hüququ alaraq Azərbaycan Respublikasına gələn” sözləri “daimi yaşamaq üçün icazə verilmiş” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü abzas çıxarılsın;

2. 4-cü maddədə:

2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan 18 yaşına çatmış fəaliyyət qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün (immiqrant statusu almaq üçün) müvafiq icra hakimiyyəti orqanına vəsatət verə bilər. ”;

2.2. üçüncü hissənin 3-cü bəndində “immiqrasiya edən” sözləri “immiqrant statusu almaq istəyən” sözləri ilə əvəz edilsin;

2.3. üçüncü hissəyə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:

“7) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə.”;

3. 5-ci maddənin ikinci hissəsindən “, immiqrasiyanın növlərini və müddətlərini ” sözləri çıxarılsın;

4. 7-ci maddədə:

4.1. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5) həmin şəxslər qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;” ;

4.2. aşağıdakı məzmunda 8-ci və 9-cu bəndlər əlavə edilsin:

“8) həmin şəxslər xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;

9) onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alması üçün əsas olmuş Azərbaycan Respublikasının vətəndaşı ilə bağlanmış nikahı etibarsız hesab edildikdə . ”;

5. 9-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“İmmiqrasiya haqqında vəsatət rədd edildikdə, təkrar vəsatətə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqdan sonra baxıla bilər. ”;

6. 10-cu maddədə:

6.1. ikinci və üçüncü hissələr aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilir.

İmmiqrant statusu beş il müddətinə verilir. Bu müddət bitdikdən sonra əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə beş il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. ”;

6.2. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilməsi barədə qərar qəbul edilir. Qərarın təsviri, spesifikasiyası və nümunəsi, habelə qərar blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;

7. 11-ci və 15-ci maddələr çıxarılsın;

8. 12-ci maddədə:

8.1. maddənin adında “İmmiqrantların ” sözündən sonra “yaşayış yeri üzrə” sözləri əlavə edilsin;

8.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“İmmiqrant statusu almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar. Onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. ”;

9. 13-cü maddədə:

9.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“İmmiqrant statusunun ləğv edilməsi”;

9.2. birinci hissədə:

9.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“İmmiqrant statusu aşağıdakı hallarda ləğv edilir: ”;

9.2.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2) Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və ya ictimai asayiş üçün təhlükə törətdikdə; ”;

9.2.3. aşağıdakı məzmunda 4-cü və 5-ci bəndlər əlavə edilsin:

“4) daimi yaşamaq üçün xarici dövlətə getdikdə;

5) il ərzində altı aydan çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda. ”;

9.3. dördüncü hissədə “bu maddədə göstərilən müddətlər” sözləri “məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 7 gün” sözləri ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 14; 2001-ci il, №11, maddə 669; 2002-ci il, №5, maddə 237; 2006-cı il, №6, maddə 478; 2007-ci il, №8, maddə 756, №11, maddə 1075) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə” sözləri “1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ” sözləri ilə əvəz edilsin;

2. 17-ci və 19-cu bəndlər çıxarılsın;

3. 18-ci bəndin birinci cümləsindən və 20-ci bəndin ikinci cümləsindən “qeyd vərəqəsinin ikinci hissəsi ilə birlikdə” sözləri çıxarılsın;

4. 20-ci bənddə:

4.1. dördüncü abzasda “və ya əcnəbiyə” sözləri “və əcnəbiyə” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməli olduğu hallarda - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş icazə.”;

5. 22-ci bənddən “qeyd vərəqəsinin üçüncü hissəsi və” sözləri çıxarılsın;

6. aşağıdakı məzmunda 23-1-ci bənd əlavə edilsin:

“23-1. Azərbaycan Respublikasında daimi yaşamaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrant statusu verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Əsasnaməyə uyğun olaraq yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə həmin şəxslər müvafiq icra hakimiyyəti orqanına bu Əsasnamənin 2-ci bəndində göstərilən sənədlərdən əlavə, onlara immiqrant statusu verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etməlidirlər. Yaşayış yeri üzrə qeydiyyata alınan immiqranta Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir. ”;

7. Əsasnamənin 5 saylı Əlavəsi çıxarılsın;

8. Əsasnamənin 6 saylı Əlavəsinin 5.3-cü bəndi çıxarılsın.

VIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12 maddə 973; 2005-ci il, №1 maddələr 5, 6, №2 maddə 61, №4 maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68; №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478; №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579; № 8, maddə 757; №10, maddələr 935, 936, 938, 940; №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №3, maddələr 146, 152, 158, 159) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 330-cu maddənin sanksiyasında «iyirmi manatdan otuz beş manatadək» sözləri «üç yüz manatdan dörd yüz manatadək» sözləri ilə əvəz edilsin;

2. 339.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

«əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.»;

3. 339.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

«vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.»;

4. 340-ci maddədə:

4.1. dispozisiyada «Şəxsi işlərə görə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara» sözləri «Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə» sözləri ilə əvəz edilsin;

4.2. sanksiya aşağıdakı redaksiyada verilsin:

« üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.»;

5. 398.1.1-ci maddədə «qaydaları pozulduqda» sözlərindən sonra «, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qeydiyyatsız yaşadıqda və ya qanunsuz qaldıqda» sözləri əlavə edilsin;

6. 399.2-ci maddədə «avaralıqla məşğul olduğuna» sözlərindən sonra «, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşamaları və ya qanunsuz qalmalarına» sözləri əlavə edilsin;

7. aşağıdakı məzmunda 457.2-1-ci maddə əlavə edilsin:

«457.2-1. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından yayınma ehtimalı olduqda, həmin şəxs məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisəsində saxlanıla bilər.»

IX. “Azərbaycan Respublikasında immiqrant statusunu təsdiq edən sənədin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №5, maddə 232) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qanunun adında “immiqrant statusunu təsdiq edən sənədin” sözləri “daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin” sözləri ilə əvəz edilsin;

2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“I. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunələri təsdiq edilsin (əlavə olunur).”;

3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında immiqrantın şəxsiyyət vəsiqəsinin təsviri”ndə:

3.1. adı aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin təsviri”;

3.2. birinci abzasda “Şəxsiyyət vəsiqəsi” sözləri “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi (bundan sonra - “qeydiyyat vəsiqəsi”)” sözləri ilə əvəz edilsin;

3.3. ikinci abzasda:

3.3.1. birinci cümlədə “Şəxsiyyət” sözü “Qeydiyyat” sözü ilə, “yaşayan 16 yaşına çatmamış immiqrantın şəxsiyyət ” sözləri “daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat” sözləri ilə, “yaşayan 16 yaşına çatmış immiqrantın şəxsiyyət ” sözləri “daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat” sözləri ilə əvəz edilsin;

3.3.2. ikinci cümlədə “Şəxsiyyət” sözü “Qeydiyyat ” sözü ilə əvəz edilsin;

3.4. “a” bəndinin birinci abzasında “16 yaşına çatanadək immiqrantın şəxsiyyət” sözləri “daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat” sözləri ilə, ikinci abzasında “şəxsiyyət” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

3.5. “b” bəndinin birinci abzasında “16 yaşına çatdıqdan sonra immiqrantın şəxsiyyət” sözləri “daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat” sözləri ilə, ikinci abzasında “şəxsiyyət” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

3.6. sonuncu abzasda “şəxsiyyət” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin.

4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında immiqrantın şəxsiyyət vəsiqəsinin spesifikasiyası”nda:

4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin spesifikasiyası”;

4.2. birinci abzasda “immiqrantın şəxsiyyət vəsiqəsi” sözləri “daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi” sözləri ilə əvəz edilsin;

4.3. üçüncü-altıncı abzaslarda “şəxsiyyət” sözü “qeydiyyat” sözü ilə əvəz edilsin;

5. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yaşayan 16 yaşına çatmış immiqrantın şəxsiyyət vəsiqəsinin nümunəsi”ndə:

5.1. adı aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin nümunəsi ”;

5.2. nümunənin üz tərəfində “Azərbaycan Respublikasında yaşayan 16 yaşına çatmış immiqrantın şəxsiyyət vəsiqəsi” sözləri “Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ” sözləri ilə, “İdentity card of immigrant over 16 in the Republic of Azerbaijan” sözləri “Registration Card of foreigner or stateless person over 16 permanently residing in the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin;

6. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yaşayan 16 yaşına çatmamış immiqrantın şəxsiyyət vəsiqəsinin nümunəsi”ndə:

6.1. adı aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin nümunəsi ”;

6.2. nümunənin üz tərəfində “Azərbaycan Respublikasında yaşayan 16 yaşına çatmamış immiqrantın şəxsiyyət vəsiqəsi” sözləri “Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi ” sözləri ilə, “İdentity card of immigrant under 16 in the Republic of Azerbaijan” sözləri “Registration Card of foreigner or stateless person under 16 permanently residing in the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin.

X. Bu Qanun qüvvəyə minənədək viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin beşinci hissəsi ilə müəyyən edilmiş Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bu Qanunun qüvvəyə mindiyi gündən hesablanır.

XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin