AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU(1)
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982-ci il, № 13, maddə 121; 1984-cü il, № 19, maddə 157; 1985-ci il, № 19-20, maddə 195; 1986-cı il, № 10, maddə 49; 1988-ci il, № 24, maddə 229; 1989-cu il, № 11-12, maddə 80; 1990-cı il, № 3-4, maddə 20; 1992-ci il, № 20, maddə 881; 1995-ci il, № 8, maddə 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddələr 138, 144; 2002-ci il, № 1, maddələr 1, 2, № 6, maddə 328; 2007-ci il, № 5, maddələr 401, 442; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 38-ci maddənin birinci hissəsinin altıncı abzasında “I və II qrup əmək əlillərinə” sözlərindən sonra “, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin;
2. 105-ci maddənin altıncı abzasında “I və II qrup əmək əlilləri” sözlərindən sonra “, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə edilsin.
II. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, №7, maddə 507; 2006-cı il, № 3, maddə 219; 2007-ci il, № 1, maddələr 1, 4) 23-cü maddəsinin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:
“Tibbi-sosial ekspert komissiyaları 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş və əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.”.
III. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. adı aşağıdakı redaksiyada verilsin:
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”;
2. preambulasında “əlillər” və “əlillərin” (hər iki halda) sözlərindən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri, “əlilliyi” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğunu” sözləri əlavə edilsin;
3. 1-ci maddənin adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri, birinci və ikinci hissələrində “əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
4. 2-ci maddədə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
4.1. aşağıdakı redaksiyada ikinci hissə əlavə edilsin:
“Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra - sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).”;
4.2. üçüncü hissəsində “əlilin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşağın” və “habelə” sözündən sonra “təhsil almaq,” sözləri əlavə edilsin;
4.3. dördüncü hissəsində “əlilliyin” sözündən sonra (hər iki halda) “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin;
4.4. beşinci (hər iki halda), səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
5. 3-cü maddənin ikinci hissəsində “əlillik” sözündən sonra “, uşaqların sağlamlıq imkanlarının məhdudluğu” sözləri, dördüncü hissəsində “əlilliyin” sözündən sonra “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin;
6. 4-cü maddənin adında və birinci hissəsində “əlilliklə” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə” sözləri, “əlilin” sözündən sonra (hər iki halda) “, sağlamlıq imkanları məhdud uşağın” sözləri və “fəaliyyəti” sözündən sonra “, təhsil alma” sözləri əlavə edilsin;
7. 4-1-ci maddənin adında və birinci hissəsində “əlil” sözündən sonra “və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan” sözləri, ikinci hissəsində “komissiyasının rəyi” sözlərindən sonra “uşağın sağlamlıq imkanları məhdudluğunu,” sözləri, üçüncü hissəsində “əlilə” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşağa” sözləri əlavə edilsin;
8. 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrin adında və mətnində müvafiq hallarda “əlillərin” və “əlillər” sözlərindən sonra müvafiq olaraq “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri və “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
9. 8-ci maddənin ikinci hissəsində “əlil” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin;
10. II fəslin adında, 9-cu maddənin adında və mətnində, 10-cu maddənin adında və mətnində və 11-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “əlilliyin” və “əlillərin” sözlərindən sonra ismin müvafiq hallarında “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” və “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
11. 13-cü maddənin adında “əlilliyin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilsin;
12. 14-cü, 14-1-ci, 19-cu, 21-ci, 32-ci, 33-cü, 35-ci, 37-ci, 38-ci, 44-cü, 46-cı, 47-ci, 50-ci - 55-ci maddələrin adında və mətnində, 14-2-ci, 31-ci və 39-cu maddələrin mətnində, III, V, VI və VII fəsillərin adında ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
13. 15-ci maddənin adında, birinci, üçüncü və dördüncü hissələrində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin, ikinci hissəsində “əlil uşaqların və yeniyetmələrin” sözləri “sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin” sözləri ilə əvəz edilsin;
14. 16-cı, 17-ci, 18-ci və 20-ci maddələrin adında və mətnində, 19-cu maddənin üçüncü və dördüncü hissələrində, 42-ci maddənin ikinci hissəsində, 46-cı maddənin üçüncü hissəsində ismin müvafiq hallarında “əlil uşaqları” sözləri ismin müvafiq hallarında “sağlamlıq imkanları məhdud uşaqları” sözləri ilə əvəz edilsin;
15. 17-ci maddənin ikinci hissəsində “əlilə” sözü “uşağa” sözü ilə əvəz edilsin;
16. 19-cu maddənin yeddinci hissəsində “əlil tələbələrə” sözləri “əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə” sözləri ilə əvəz edilsin;
17. 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci maddələrin adında və mətnində ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilsin;
18. 24-cü maddənin ikinci hissəsində ismin müvafiq hallarında “əlilin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın” sözləri əlavə edilsin və “əlillik” sözü “sağlamlıq imkanlarının məhdudluğu” sözləri ilə əvəz edilsin;
19. 26-cı maddənin birinci hissəsində “əlil ” sözündən sonra “ və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin;
20. 29-cu maddə üzrə:
20.1. adında, birinci, ikinci və üçüncü hissələrdə ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin” sözləri əlavə edilsin;
20.2. beşinci və altıncı hissələrdə “asılı olmayaraq)” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərə” sözləri əlavə edilsin;
20.3. yeddinci hissədə “II qrup əlillər” sözlərindən sonra “və sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilər” sözləri əlavə edilsin;
20.4. səkkizinci hissədə “əlil” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin;
20.5. doqquzuncu hissədə “II qrup əlillərin” sözlərindən sonra “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilsin;
21. 30-cu maddənin adında və mətnində və 30 -1-ci maddənin mətnində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilsin;
22. 34-cü maddə üzrə:
22.1. adında “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
22.2. birinci hissədə “əlil” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağı” sözləri və “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
22.3. ikinci hissədə “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
22.4. üçüncü hissədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri və “əlilliyin” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin;
22.5. dördüncü hissədə “əlilin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağın” sözləri və “onun” sözündən sonra “ , uşağın valideynlərinin və ya qəyyumlarının (himayəçilərinin)” sözləri əlavə edilsin;
22.6. beşinci hissədə “I qrup əlillərə, habelə müharibə əlillərinə” sözləri “I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri ilə əvəz edilsin;
23. 36-cı maddənin adında “əlillərin” sözündən sonra, birinci cümləsində “I və II qrup əlillərin” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağın ailələrinin” sözləri, ikinci cümləsində “I və II qrup əlillərə” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilsin;
24. 40-cı maddənin adında və ikinci hissəsində “əlilə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağa” sözləri, birinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin;
25. 41-ci maddənin adında və ikinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin;
26. 41-1-ci maddədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilsin;
27. 42-ci maddənin ikinci hissəsindən “, əlil uşaqlar” sözləri çıxarılsın, “II qrup əlillər” sözlərindən sonra və üçüncü hissəsində “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
28. 43-cü maddə üzrə:
28.1. adında, ikinci-beşinci hissələrdə, altıncı hissənin birinci cümləsində ismin müvafiq hallarında “əlillərə” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilsin;
28.2. birinci və altıncı hissələrdə ismin müvafiq hallarında “I qrup əlillərə” sözlərindən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın ailələrinə” sözləri əlavə edilsin;
29. 45-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri, üçüncü hissəsində “asılı olmayaraq)” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud uşağa” sözləri əlavə edilsin;
30. 46-cı maddənin ikinci hissəsində “əlilin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşağın” sözləri əlavə edilsin, üçüncü hissəsində “əlil” sözü “, sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
31. 48-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin” sözləri əlavə edilsin.
IV. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddələr 282, 293; 2001-ci il, № 12, maddə 731; 2003-cü il, № 10, maddə 539; 2004-cü il, № 7, maddə 507; 2007-ci il, № 5, maddə 401, № 6, maddə 561) 1-ci maddəsinin ikinci hissəsinin ikinci abzasında “və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar” sözləri “uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar” sözləri ilə əvəz edilsin.
V. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451; 1999-cu il, № 5, maddə 293; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 7, maddə 507; 2007-ci il, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 2-ci maddədə “Əlillər” sözü “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və” sözləri ilə əvəz edilsin;
2. 6-cı maddə üzrə:
2.1. adında “və əlillərə” sözləri “, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri ilə əvəz edilsin, 4-cü bənddə “əlillərə” sözündən sonra “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin;
2.2. 7-ci bənddə “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğu” sözləri əlavə edilsin;
2.3. 18-ci bənddə “və əlillər” sözləri “, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ilə əvəz edilsin, “evlərdə” sözündən sonra “və xüsusi təhsil müəssisələrində” sözləri əlavə edilsin;
3. 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslərin sağlamlıq imkanlarının məhdudluğu və ya əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, müvafiq olaraq sağlamlıq imkanlarının məhdudluğu 18 yaşı tamam olana qədər və ya əlillik müddətsiz müəyyən edilir.”;
4. 12-ci maddənin birinci hissəsinin 7-ci bəndində “Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə” sözləri “Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına” sözləri ilə əvəz edilsin;
5. 14-cü maddə üzrə:
5.1. adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
5.2. birinci hissənin birinci abzasında “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
5.3. birinci hissənin ikinci abzasında və üçüncü hissədə “əlillərə” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin.
VI. “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133) 21-ci maddəsinin dördüncü hissəsində və 23-cü maddəsinin birinci hissəsində “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin.
VII. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006-cı il, № 6, maddə 478; 2007-ci il, № 8, maddə 756, № 12, maddə 1197) 2-ci maddəsinin birinci hissəsində “evləri” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri” sözləri əlavə edilsin.
VIII. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 94, № 5, maddə 382; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 6, maddə 328; 2005-ci il, № 12, maddə 1093) 11-ci maddəsinin birinci cümləsində “əlil” sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
IX. “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 140; 1998-ci il, № 1, maddə 16; 2003-cü il, № 6, maddə 255; 2005-ci il, № 8, maddə 692) 11-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “əlillik” sözündən sonra və 17-ci maddəsinin üçüncü hissəsinin üçüncü abzasında “I qrup əlillik” sözlərindən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
X. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 7, maddə 505, № 12, maddə 976; 2005-ci il, № 1, maddə 2, № 12, maddə 1082; 2006-cı il, № 11, maddə 923, № 12, maddə 1018; 2007-ci il, № 1, maddə 4, № 12, maddə 1193; 2008-ci il, № 2, maddə 49; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 582-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 4-cü maddənin ikinci hissəsinin üçüncü abzasında “əlil” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin;
2. 6-cı maddənin dördüncü hissəsində “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin.
XI. “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 383; 2005-ci il, № 8, maddə 692) adında və 1-ci bəndində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XII. Azərbaycan Respublikasının 1997-ci il 25 aprel tarixli 283 - IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, habelə bununla əlaqədar baş vermiş əlillik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 383; 2005-ci il, № 8, maddə 692) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. adında “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
2. II bölmənin üçüncü abzasında, III bölmənin 1-ci bəndinin üçüncü abzasında, IV bölmənin 1-ci bəndinin üçüncü abzasında, 2-ci bəndində, V bölmənin 1-ci və 2-ci bəndlərində, 3-cü bəndin “b” yarımbəndinin birinci abzasında “əlil” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin;
3. IV bölmənin 3-cü bəndində “və ya əlilliklə” sözləri “, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri ilə əvəz edilsin;
4. V bölmənin 3-cü bəndinin “b” yarımbəndinin üçüncü abzasında “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XIII. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 447; 1999-cu il, № 10, maddə 570; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2003-cü il, № 1, maddələr 3, 16, 23; 2004-cü il, № 12, maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 876, № 11, maddə 994; 2007-ci il, № 6, maddə 560, № 10, maddə 938, № 11, maddə 1053) 419-cu maddəsinin ikinci hissəsində və 421-ci maddəsinin üçüncü hissəsində “aşkar əlillik” sözlərindən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri əlavə edilsin.
XIV. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 16-cı maddə üzrə:
1.1. üçüncü hissədə “əlil” sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
1.2. beşinci hissədə “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilsin;
2. 21-ci maddənin adında “Əlillərin” və mətnində “əlillərə” sözlərindən sonra müvafiq olaraq “və sağlamlıq imkanları məhdud uşaqların” və “və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin.
XV. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 14; 2001-ci il, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 464; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 886; 2005-ci il, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1078) 72-ci bəndinin on səkkizinci abzasının birinci cümləsində “əlil uşaqlar” sözləri “18 yaşından yuxarı olan əlil uşaqlar” sözləri ilə əvəz edilsin.
XVI. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 642; 2001-ci il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401) 15-ci maddəsinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. adında “Əlillərin” və üçüncü hissədə “əlillərin” sözlərindən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin;
2. birinci hissədə “Əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
3. ikinci hissədə “Əlilliyin qarşısının alınması, əlillərin” sözləri “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri ilə əvəz edilsin;
4. dördüncü hissədə “əlil” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilsin.
XVII. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 137; 2002-ci il, № 12, maddə 701; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 3, maddə 133, № 7, maddə 505, № 10, maddə 762, № 11, maddə 902; 2005-ci il, № 4, maddə 278; 2007-ci il, № 11, maddə 1053) 16-cı maddəsinin VII bəndində “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri əlavə edilsin.
XVIII. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 8, maddə 484; 2001-ci il, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 75; 2007-ci il, № 6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin: