AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU(2)
1. 35-ci maddə üzrə:
1.1. adında və birinci hissədə “Əlil, əqli və fiziki çatışmazlıqları olan” sözləri “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə “əlilliyinin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilsin;
2. 36-cı maddə üzrə:
2.1. adında “Əlil” sözü “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
2.2. birinci hissədə “16 yaşınadək əlil” sözləri “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;
2.3. ikinci hissədə “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilsin.
XIX. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; 2001-ci il, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002-ci il, № 1, maddə 9, № 8, maddə 463; 2003-cü il, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 901; 2005-ci il, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006-cı il, № 12, maddə 1027; 2007-ci il, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008-ci il, № 2, maddə 49; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 606-IIIQD nömrəli Qanunu) 9-cu maddəsinin III hissəsində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin.
XX. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 56; 2002-ci il, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133) 22-ci maddəsinin ikinci hissəsində “və ya əlil” sözləri “, əlil və ya sağlamlıq imkanları məhdud uşaq” sözləri ilə əvəz edilsin.
XXI. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, № 1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasında, 38-ci maddənin 2-ci hissəsinin “i” yarımbəndində “əlillərin” sözündən sonra “və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan işçilərin” sözləri əlavə edilsin;
2. 74-cü maddənin “Qeyd” hissəsində “əlillik qrupu” sözlərindən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
3. 94-cü maddənin 3-cü hissəsində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin, “16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
4. 117-ci maddənin 1-ci hissəsində, 242-ci maddənin 2-ci hissəsində “16 yaşınadək əlil” sözləri və 245-ci maddənin 1-ci hissəsində “16 yaşa çatmamış əlil” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
5. 119-cu maddənin 2-ci hissəsində “əlillərə” sözündən sonra “və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə” sözləri əlavə edilsin;
6. 130-cu maddə üzrə:
6.1. “ç” yarımbəndində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə” sözləri əlavə edilsin;
6.2. “ə” yarımbəndində “16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;
7. 133-cü maddənin 3-cü hissəsinin ikinci abzasında “16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud ” sözləri ilə əvəz edilsin;
8. 232-ci maddənin 3-cü hissəsində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XXII. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 473; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 241; 2007-ci il, № 10, maddə 938) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 8-ci maddənin birinci hissəsində “əlillərin ehtiyacını” sözləri “əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarını” sözləri ilə əvəz edilsin;
2. 21-ci maddənin adında və mətnində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin.
XXIII. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 75; 2007-ci il, № 6, maddə 561, № 12, maddə 1197) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında “əqli geriliyi və fiziki çatışmazlığı olan əlil” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin.
XXIV. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 5; 2001-ci il, № 12, maddə 731) 13-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “əlil” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin.
XXV. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 611; 2001-ci il, № 11, maddə 699, № 12, maddə 731; 2002-ci il, № 3, maddə 118, № 6, maddə 328; 2003-cü il, № 1, maddə 22, № 8, maddə 424; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133; 2006-cı il, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007-ci il, № 8, maddə 756) 27-ci maddəsinin 2-ci bəndində “əlilliyi” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XXVI. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10; 2001-ci il, № 5, maddə 293, № 11, maddə 687, № 12, maddə 740; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328, № 12, maddə 706; 2004-cü il, № 5, maddə 318; 2005-ci il, № 4, maddə 281, № 8, maddə 699, № 10, maddə 903, № 11, maddə 993; 2007-ci il, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddələr 1053, 1075) 33-cü maddəsinin üçüncü hissəsində “əlilliklə” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri əlavə edilsin.
XXVII. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 125; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 11, maddə 901; 2006-cı il, № 6, maddə 478; 2007-ci il, № 5, maddə 436, № 10, maddə 938; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli) 2-ci maddəsinin üçüncü hissəsində “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin.
XXVIII. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007-ci il, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 84.2.3-cü maddədə “əlil” sözü “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
2. 84.2.4-cü maddədə “I qrup əlil” sözlərindən əvvəl “18 yaşından yuxarı” sözləri əlavə edilsin;
3. 85.1.2-ci maddədə “yetkinlik yaşına çatmamış əlil ümumi uşağa və ya uşaqlıqdan” sözləri “sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı” sözləri ilə əvəz edilsin.
XXIX. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7 maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756) aşağıdakı əlavələr edilsin:
1. 105.2-ci maddədə “əlillik” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
2. 342.2-ci maddədə “ və əlillər evinin” sözləri “əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin,” sözləri əlavə edilsin;
3. 413.0.2-ci maddədə “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XXX. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007-ci il, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 520-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 1123.4-cü maddədə “əlilliklə” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu ilə” sözləri əlavə edilsin;
2. 1165.1-ci maddədə “əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilsin;
3. 1181.1-ci maddədə “və qocalar” sözləri “, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar” sözləri ilə əvəz edilsin və “evinin baş həkimi” sözlərindən sonra “, xüsusi təhsil müəssisəsinin rəhbəri” sözləri əlavə edilsin.
XXXI. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005-ci il, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006-cı il, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 607-IIIQD nömrəli qanunu) 47.4.1-ci maddəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin.
XXXII. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 413) 15-ci maddəsinin üçüncü hissəsində “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz edilsin.
XXXIII. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 484; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 6, maddə 328; 2005-ci il, № 12, maddə 1093) 4-cü maddəsinin birinci hissəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. beşinci abzasda “və əlillərin” sözləri “, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri ilə əvəz edilsin;
2. altıncı abzasda “əlillər” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə edilsin.
XXXIV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47; Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 521-IIIQD nömrəli, 2008-ci il 1 fevral tarixli 535-IIIQD nömrəli və 12 fevral tarixli 545-IIIQD nömrəli, 1 aprel tarixli 574-IIIQD nömrəli, 578-IIIQD nömrəli və 16 may tarixli 607-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 53-2-ci maddədə “əlilləri” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri” sözləri əlavə edilsin;
2. 353.1-ci maddədə “Əlillik qrupundan” sözləri “18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və ya əlillik qrupundan” sözləri ilə əvəz edilsin.
XXXV. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 583; 2001-ci il, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002-ci il, № 5, maddə 249, № 12, maddə 707; 2003-cü il, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004-cü il, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005-ci il, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006-cı il, № 12, maddələr 1005, 1026; 2007-ci il, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 102.3-cü maddənin birinci hissəsində “əlillərin (müharibə əlillərindən başqa)” sözlərindən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilsin;
2. 102.4.4-cü maddədə “uşaqlıqdan” sözü “sağlamlıq imkanları məhdud uşağa” sözləri ilə əvəz edilsin;
3. 106.2-ci maddənin birinci hissəsində “Əlillərin” və “əlillərdən” sözlərindən sonra müvafiq olaraq “və ya sağlamlıq imkanları məhdud uşaqların” və “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən” sözləri, ikinci hissəsində “əlillər” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə edilsin;
4. 199.1-ci maddədə “əlillərin” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin.
XXXVI. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218) aşağıdakı əlavələr edilsin:
1. 80.4-cü maddədə “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilsin;
2. 82.2-ci, 95.2-ci, 100.2-ci və 104.1-ci maddələrdə “əlilliyi” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XXXVII. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008-ci il, № 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli, 1 aprel tarixli 579-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 19.0.14-cü maddədə “əlilliyi” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
2. 23.3-cü maddədə “və ya əlilliyinə görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna” sözləri ilə əvəz edilsin.
XXXVIII. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 442) 23.2-ci maddəsində “əlilliyin” sözündən sonra “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilsin.
XXXIX. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 575) 2-ci maddəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin.
XL. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 577; 2002-ci il, № 5, maddə 240; 2003-cü il, № 12, I kitab, maddə 697; 2007-ci il, № 6, maddə 560, № 10, maddə 938) 16.5-ci, 18.0.9-cu və 22.1-ci maddələrində “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XLI. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 16; 2007-ci il, № 10, maddə 938; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 579-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 9.1-ci maddədə “əlillərin” sözü “əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri ilə, “əlil uşaqları” sözləri “sağlamlıq imkanları məhdud uşaqları” sözləri ilə və “əlillərə” sözü “əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri ilə əvəz edilsin;
2. 17.8-ci maddədə “əlilləri” sözü “əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri” sözləri ilə əvəz edilsin.
XLII. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 740; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005-ci il, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007-ci il, № 2, maddə 80, № 12, maddə 1203; 2008-ci il, № 3, maddə 158) 11.1.3-cü maddəsində “əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə edilsin.
XLIII. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114; 2003-cü il, № 6, maddə 277; 2004-cü il, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007-ci il, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053) 68.1.3-cü maddəsində “və birinci qrup əlillərə” sözləri “, birinci qrup əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri ilə əvəz edilsin.
XLIV. “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 247) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 5.1-ci maddədə “əlillik” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
2. 5.2.2-ci maddə üzrə:
2.1. birinci abzasda “olunması” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması” sözləri əlavə edilsin;
2.2. ikinci abzasda “I qrup” sözlərindən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
3. 5.2.3-cü maddədə “olunmadan” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmadan” sözləri əlavə edilsin;
4. 6.6-cı maddədə “olunduqda” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduqda” sözləri əlavə edilsin;
5. 9.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.1.2. əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu halında - əlilliyin təyin edilməsi və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması haqqında (əlilliyin qrupu, əlilliyin və ya sağlamlıq imkanları məhdudluğunun səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;”.
XLV. “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 416) 9.1.2-ci və 10.1.2.2-ci maddələrində “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XLVI. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 54) 5.1-ci maddəsində “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XLVII. “Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 124; 2005-ci il, № 8, maddə 692; 2007-ci il, № 6, maddə 562) 15.7.2-ci maddəsində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
XLVIII. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 562; 2007-ci il, № 12, maddə 1218) 1.0.8-ci maddəsində “və ya əlillik” sözləri “, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri ilə əvəz edilsin.
XLIX. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 563) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 4-cü maddənin birinci cümləsində “əlillik” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
2. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.2. İrsi qan xəstəliyi olan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir. İrsi qan xəstəliyi olan 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı şəxslərə əlillik müddətsiz təyin edilir.”.
L. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 695; 2007-ci il, № 5, maddə 437, № 10, maddələr 932, 938) 26.5-ci maddəsində “Əlillər” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri əlavə edilsin.
LI. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1005) 9.0.1-ci maddəsində “və əlillər” sözləri “, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ilə əvəz edilsin, “internat evlərində” sözlərindən sonra “, xüsusi təhsil müəssisələrində” sözləri əlavə edilsin.
LII. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 208, № 12, maddə 1019; 2007-ci il, № 12, maddə 1194; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 582-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8-ci maddənin adında “əlil uşağı” sözləri “sağlamlıq imkanları məhdud uşağı” sözləri ilə əvəz edilsin;
2. 8.2-ci maddədə “Uşaqlıqdan əlil olmuş” sözləri “Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilsin;
3. 11.1-ci maddədə “və əlilliyin” sözləri “, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri və “onun” sözü “onların” sözü ilə əvəz edilsin;
4. 12.1-ci maddədə “19 yaşınadək əlil” sözlərindən sonra “və ya sağlamlıq imkanları məhdud” sözləri əlavə edilsin;
5. 13.1-ci maddədə “I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi)” sözləri “I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi)” sözləri ilə əvəz edilsin;
6. 14.1.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;”;
7. 19.2.1-ci maddədə “əlillərə” sözündən sonra və 19.2.2-ci maddədə “I qrup əlillərə” sözlərindən sonra “və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin;
8. 21.2.4-cü maddədə “16 yaşınadək əlil” sözləri “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;
9. 21.2.6-cı maddədə “əlillərin” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin” sözləri əlavə edilsin;
10. 32.2-ci maddədə “əlilliyin” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun” sözləri, “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin;
11. 37.5-ci maddədə “və əlillər” sözləri “, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ilə əvəz edilsin, “(pansionatlarda)” sözündən sonra “, xüsusi təhsil müəssisələrində” sözləri əlavə edilsin;
12. 41-ci maddənin adında “Əlillərin” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin” sözləri əlavə edilsin;
13. 41.1-ci maddədə “Əlil” sözündən sonra “, sağlamlıq imkanları məhdud şəxs” sözləri əlavə edilsin;
14. 41.2-ci maddədə “əlil” sözündən sonra (hər iki halda) “, sağlamlıq imkanları məhdud ” sözləri əlavə edilsin.
LIII. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 656) 9.2-ci maddəsində “əlillik” sözündən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
LIV. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 559) 13.4-cü maddəsində “əlilliyi” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
LV. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 144) 14.2.3-cü maddəsində “əlilliyi” sözündən sonra “, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilsin.
LVI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.