AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
II. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475) aşağıdakı dəyişikliklər edilsin:
1. 25.4-cü və 31.22-ci maddələrdə “yuxarı dövlət qulluğunu idarəetmə orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.
2. 28.2-ci maddədə “müvafiq dövlət qulluğunu idarəetmə orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, 28.3-cü maddədə “müvafiq dövlət qulluğunu idarəetmə orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə, 29.2-ci maddənin birinci cümləsində “müvafiq dövlət qulluğunu idarəetmə orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, 29.4-cü maddənin birinci cümləsində “Müvafiq dövlət qulluğunu idarəetmə orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə, üçüncü cümləsində “dövlət qulluğunu idarəetmə orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, dördüncü cümləsində “Dövlət qulluğunu idarəetmə orqanının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il