AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 154; 2001-ci il, №3, maddə 149; 2002-ci il, №5, maddə 241, №12, maddə 706; 2003-cü il, №1, maddə 14) 5-ci maddəsinin birinci hissəsinin altıncı abzasında “bitki mühafizəsi, bitki karantini” sözləri “fitosanitar nəzarəti” sözləri ilə əvəz edilsin.
II. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 580; 2002-ci il, №10, maddə 586; 2005-ci il, №5, maddə 391, №6, maddə 464) 6.2.5-ci maddəsində “baytarlıq, meşə və bitki mühafizəsi idarələri” sözləri “meşə idarələri, baytarlıq və fitosanitar nəzarəti xidmətləri” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2006-cı il