Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikasının aşağıdakı şəhər və rayonlarının ərazilərində sahə inzibati ərazi dairələri yaradılsın:

1. Bakı şəhəri Binəqədi rayon inzibati ərazi vahidi tərkibindəki Binəqədi rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

2. Bakı şəhəri Xətai rayon inzibati ərazi vahidi tərkibindəki Xətai rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

3. Bakı şəhəri Nərimanov rayon inzibati ərazi vahidi tərkibindəki Nərimanov rayonu ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

4. Bakı şəhəri Nəsimi rayon inzibati ərazi vahidi tərkibindəki Nəsimi rayonu ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

5. Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

6. Bakı şəhəri Səbail rayon inzibati ərazi vahidi tərkibindəki Səbail rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

7. Bakı şəhəri Yasamal rayon inzibati ərazi vahidi tərkibindəki Yasamal rayonu ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

8. Gəncə şəhəri Kəpəz rayon inzibati ərazi vahidi tərkibindəki Kəpəz rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

9. Gəncə şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

10. Lənkəran şəhər inzibati ərazi vahidi tərkibindəki Lənkəran şəhəri ərazisində 1 nömrəli sahə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

11. Mingəçevir şəhər inzibati ərazi vahidi tərkibindəki Mingəçevir şəhəri ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli və 2 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

12. Naftalan şəhər inzibati ərazi vahidi tərkibindəki Naftalan şəhəri ərazisində 1 nömrəli sahə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

13. Sumqayıt şəhər inzibati ərazi vahidi tərkibindəki Sumqayıt şəhəri ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

14. Şəki şəhər inzibati ərazi vahidi tərkibindəki Şəki şəhəri ərazisində 1 nömrəli sahə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

15. Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhəri ərazisində 1 nömrəli sahə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

16. Yevlax şəhər inzibati ərazi vahidi tərkibindəki Yevlax şəhəri ərazisində 1 nömrəli sahə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

Qeyd: Bu Qanunun 10-cu və 12-16-cı bəndlərində göstərilən sahə inzibati ərazi dairələri həmin şəhər inzibati ərazi vahidlərində fəaliyyət göstərən şəhər icra hakimiyyətinin müvafiq şəhərlə yanaşı digər ərazi vahidlərində də idarəetməni həyata keçirdiyi nəzərə alınmaqla yaradılır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin