Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr, 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 12.1-1-ci və 12.2-1-ci maddələr əlavə edilsin:

“12.1-1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törədikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.”;

“12.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edililər.”.

2. 12.5-ci maddədə “12.1-12.4-cü” rəqəmləri “12.1-ci” rəqəmi

ilə əvəz edilsin.

3. 189-1.3-cü və 189-1.4-cü maddələrdə “vəzifəli şəxsi

olmayan” sözləri çıxarılsın.

4. Otuz üçüncü fəslin adı aşağıdakı redaksiyada verilsin:

“Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər”.

5.308-ci maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada

verilsin:

“Qeyd: Bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı

şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan

Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla

müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər

kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər

kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan

şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici

ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri,

arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar.”.

6. 311.1-ci maddədə “və ya alması” sözlərindən sonra “, yaxud

bu barədə təklif və ya vədi qəbul etməsi” sözləri əlavə edilsin.

7. 312.1-ci maddədə “güzəşt” sözündən sonra “təklif olunması,

vəd edilməsi və ya” sözləri əlavə edilsin.

8. 312-1-ci maddə üzrə:

8.1. 312-1.1-ci maddədə “üçüncü şəxslər üçün” sözlərindən

sonra “, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə” sözləri, “və ya alınması” sözlərindən sonra “, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi” sözləri əlavə edilsin;

8.2. 312-1.2-ci maddədə “üçün” sözü “məqsədilə onun özü və

ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə” sözləri ilə əvəz edilsin, “güzəştin” sözündən sonra “təklif olunması, vəd edilməsi və ya” sözləri əlavə edilsin.

9.313-cü maddədə “, eləcə də vəzifəli şəxs olmayan dövlət

qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin