Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ VƏ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001-ci il, №1, maddə 24, №7, maddə 455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003-cü il, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004-cü il, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005-ci il, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006-cı il, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007-ci il, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008-ci il, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009-cu il, №5, maddə 315, №7, maddə 517) aşağıdakı dəyişikliklər edilsin:

1. 259.1-ci maddədə “min manatdan iki min manatadək” sözləri “iki min beş yüz manatdan üç min beş yüz manatadək” sözləri ilə əvəz edilsin.

2. 259.2-ci maddədə “iki min manatdan beş min manatadək” sözləri “üç min beş yüz manatdan beş min manatadək” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 158, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047, 1049; 2009-cu il, №2, maddələr 36, 45, 49, 52, 53, №5, maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519; Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 25.4-cü maddədə “min” sözü “üç min” sözləri ilə, “beş” sözü “on” sözü ilə əvəz edilsin.

2. 2. 92.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“92.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə -

fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək­ miqdarda, vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək­ miqdarda, hüquqi şəxslər qırx min manatdan əlli min manatadək miqdarda cərimə edilir.

92.3. eyni inzibati xəta

92.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

92.3.2. magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir.

92.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər beş min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər otuz min manatdan qırx min manatadək miqdarda cərimə edilir.

92.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş yaşıllıq ərazilərinin kadastrında olan ağac və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə -

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək miqdarda, hüquqi şəxslər qırx min manatdan qırx beş min manatadək miqdarda cərimə edilir.”.

3. 204-1-ci maddəsinin sanksiyasında “qırx manatdan doxsan manatadək” sözləri “dörd yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 223-10-cu maddə əlavə edilsin:

“Maddə 223-10. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə qaydalarının pozulması

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarında, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.”.

5. 357.0.2-ci maddəsindən “, seçki komissiyaları” sözləri və 358-1-ci maddə çıxarılsın.

6. 360.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“360.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 39-50-3, 52, 52-1.1, 53-4.1, 53-5, 60-63, 63-1, 68-1, 68-3, 68-4, 69, 72, 88-3, 90.3, 101, 102.0.2, 102.0.3, 102.0.5, 106, 111, 119-1.2, 123-1, 131.2, 144, 151.5, 152.4, 152-1.4, 152-2.2, 152-2.3, 153.6, 154.2, 154.3, 154.5, 155.4, 169, 170, 173, 175, 180-189, 199-204, 205, 223, 223-10, 224, 228-1, 229, 233, 237, 240-1.1, 240-1.2, 253-1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258-260, 261.1, 278, 282, 284-287, 292, 293, 293-1, 296, 296-1, 299, 300, 301, 305, 307-1, 309-315, 315-1, 317.1, 323.1, 324-2, 324-3, 324-4, 324-5, 324-6, 326-1, 326-3, 332, 333, 335, 338, 346, 347, 348-1, 348-3, 351 və 353.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin