AZƏRBAYCAN RESPUBLİKASININ “DAXİLİ İŞLƏR ORQANLARINDA QÜSURSUZ XİDMƏTƏ GÖRƏ” MEDALININ ƏSASNAMƏSİ
2006-cı il 21 aprel tarixli
Qanunu ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASININ
“DAXİLİ İŞLƏR ORQANLARINDA QÜSURSUZ
XİDMƏTƏ GÖRƏ” MEDALININ
ƏSASNAMƏSİ
1. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) əməkdaşlar təltif edilirlər.
2. Daxili işlər orqanlarının əməkdaşları “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır:
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 20 il xidmətə görə;
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 15 il xidmətə görə;
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal – Azərbaycan Respublikasının daxili işlər orqanlarında 10 il xidmətə görə.
1-ci dərəcəli medal ən ali dərəcədir.
4. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.