Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11, maddə 677; 2002-ci il, № 5, maddə 237; 2003-cü il, № 6, maddə 273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə 784, №12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10, maddə 884; 2007-ci il, № 3, maddə 212, № 11, maddə 1051; 2008-ci il, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009-cu il, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1056-IIIQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Dəvəçi rayonu” bölməsinin adında “Dəvəçi” sözü “Şabran” sözü ilə, 20.6-cı sırada “Dəvəçi” sözü (hər iki halda) “Şabran” sözü ilə əvəz edilsin.

II. “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 959) 10-cu maddəsindəki “Rayonlar” bölməsinin 30-cu bəndində “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin