Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DƏVƏÇİ RAYONUNUN ŞABRAN RAYONU ADLANDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Dəvəçi rayonu Şabran rayonu adlandırılsın, Dəvəçi rayon inzibati ərazi vahidi Şabran rayon inzibati ərazi vahidi hesab edilsin.

Dəvəçi şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi şəhəri Şabran şəhəri adlandırılsın, Dəvəçi şəhər inzibati ərazi dairəsi Şabran şəhər inzibati ərazi dairəsi hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin