RƏSMİ SƏNƏDLƏR
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Əli Əsədov - Azərbaycan Respublikasının Baş Naziri
Komissiyanın üzvləri
Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının Mədəniyyət naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının Səhiyyə naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının Təhsil naziri
Anar Quliyev - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Fərhad Bədəlbəyli - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru
Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Abel Məhərrəmov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Natiq Əliyev - Xalq rəssamı
Mövlud Süleymanlı - Xalq yazıçısı.
2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2020-ci il.