Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 24 FEVRAL TARİXLİ 771-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 266 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 231; 2000-ci il, № 3, I kitab, maddə 159; 2008-ci il, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009-cu il, № 2, maddə 71) 2-ci bəndinin üçüncü abzasından “225-ci maddənin 3-cü hissəsində,” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 536) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları”nın 1.11-ci bəndində “bayram və bazar günləri və ya gecə vaxtı” sözləri “gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin