Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ VAHİDLƏRİNİN VƏ İNZİBATİ ƏRAZİ DAİRƏLƏRİNİN DÖVLƏT REYESTRİNİN APARILMASI VƏ ONLARA ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ HAQQINDA” ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 6 FEVRAL TARİXLİ 527 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 149 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 93; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 149 nömrəli Fərmanı) adından, preambulasından, 1.1-ci, 1.3-cü və 2.1-ci bəndlərindən “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin