Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında 2019-cu il noyabrın 29-da Bişkek şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin