Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787) aşağıdakı dəyişikliklər edilsin:

1. 73.1-ci maddədə “3 (üç)” sözləri “1(bir)” sözləri ilə əvəz edilsin.

2. 108.2-ci maddə ləğv edilsin.

3. 160.1-ci maddədə “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin