Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ HACIQABUL, SABİRABAD, SALYAN RAYONLARININ VƏ ŞİRVAN ŞƏHƏRİNİN SƏRHƏDLƏRİNİN DƏYİŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərində bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq aşağıdakı dəyişiklik edilsin:

1. Hacıqabul rayonunun ərazisindən dövlət ehtiyat fondunda olan 2062,88 ha torpaq sahəsi Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisinə, Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisindən dövlət mülkiyyətində olan 1166,09 ha torpaq sahəsi isə Hacıqabul rayonunun ərazisinə verilsin.

2. Sabirabad rayonunun Minbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Minbaşı kəndinin ərazisindən 24,21 ha torpaq sahəsi Şirvan şəhərinin Bayramlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bayramlı qəsəbəsinin ərazisinə verilsin.

3. Salyan rayonunun ərazisindən dövlət ehtiyat fondunda olan 981,61 ha torpaq sahəsi Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisinə, Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisindən dövlət mülkiyyətində olan 210,35 ha torpaq sahəsi isə Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bəşirbəyli kəndinin ərazisinə verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin