Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:

Komissiyanın sədri

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə -    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Kamal Abdullayev - Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Xəlilov - Azərbaycan Rəssamlar İttifaqının sədri

Firəngiz Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Azərpaşa Nemətov - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri

Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri

Tahir Salahov - Xalq Rəssamı

Arif Məlikov -Xalq Artisti

Ömər Eldarov - Xalq Rəssamı

Eldar Quliyev - Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

2. “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin