Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 15-16, maddə 291) ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin