Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 17-ci, 18-ci və 21-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 22.1-1-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 94.2-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin Mərkəzdə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli və 19 aprel tarixli 1134-VIQD nömrəli qanunları) 554-cü maddəsinin adına və dispozisiyasına “(ombudsmanın)” sözündən sonra “, Milli preventiv qrupun və müstəqil monitorinq qruplarının” sözləri əlavə edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 5-1-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin qarnizon hauptvaxtlarında” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

Maddə 5. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I) 4-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”.

Maddə 6. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 23.1.3-cü maddəyə “(Ombudsman),” sözündən sonra “Milli preventiv qrup üzvləri,” sözləri əlavə edilsin;

6.2. 42.1-ci maddədə “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin psixiatriya müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

Maddə 7. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 49.2-ci maddəsində “onların həmin yerlərdə” sözləri “saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin həbs yerlərində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “protokollaşdırmaq,” sözündən sonra “texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq,” sözləri əlavə edilsin.

Maddə 8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I) 38-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. adında “dövlət monitorinqi” sözləri “monitorinq” sözü ilə əvəz edilsin;

8.2. aşağıdakı məzmunda 38.4-cü maddə əlavə edilsin:

“38.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin