Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD nömrəli, 578-IIIQD nömrəli və 16 may tarixli 607-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 119-cu maddənin adında və 119.0-cı maddədə “Damazlıq işi” sözləri “Damazlıq heyvandarlıq” sözləri ilə əvəz edilsin;

2. 119-1.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək” və “şərti maliyyə vahidinin otuz mislindən əlli mislinədək” sözləri müvafiq olaraq “on manatdan iyirmi manatadək” və “otuz manatdan əlli manatadək” sözləri ilə əvəz edilsin;

3. 119-1.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək” sözləri “qırx manatdan altmış manatadək” sözləri ilə əvəz edilsin;

4. 119-1.3-cü maddənin sanksiyasında “şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək”, “şərti maliyyə vahidinin yetmiş mislindən doxsan mislinədək” və “şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək” sözləri müvafiq olaraq “otuz manatdan qırx manatadək”, “yetmiş manatdan doxsan manatadək” və “iki yüz manatdan iki yüz əlli manatadək” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 607-IIIQD nömrəli Qanununun II maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. 17-ci bənddən “254-cü,” rəqəmi çıxarılsın;

2. 156-cı bənddə “, 255-ci, 308-ci və 343-cü” sözləri “və 308-ci” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin