Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, I kitab, maddə 584; 2001, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003, №1, maddələr 3,13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005, №1, maddələr 5,6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, №2, maddə 47, №3 maddələr 146, 152, 159, №4, maddə 249, №5, maddə 340, №6, maddələr 454, 460, 461, 464, №7, maddələr 601, 602, 605, №8, maddələr 699, 701, 711, №10, maddələr 884, 885, №11, maddələr 956, 957, №12, maddələr 1045, 1047, 1049; 2009, №2, maddələr 36, 45, 49, 52, 53, №5 maddələr 309, 315, №6, maddələr 404, 405, №7, maddələr 517, 518, 519, №8, maddə 611, №12, maddələr 953, 954, 966, 971; 2010, №2, maddələr 70, 71, №3, maddələr 167, 171, 178, №4, maddələr 275, 276, №5, maddələr 379, 380, №6, maddə 483, №7, maddələr 577, 591, 594, 595, 598, 600, №10, maddə 838, №11, maddələr 936, 938, 949, №12, maddə 1059; 2011, №2, maddələr 70, 71, №3, maddələr 162, 164, 167, 168, 170, №4, maddələr 246, 254, №6, maddələr 470, 479, 487, №7, maddələr 596, 614, №10, maddə 881, №11, maddə 981, №12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, №1, maddə 3, №2, maddə 50, №3, maddə 194, №4, maddə 271, №5, maddə 404, №6, maddə 499; Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 380-IVQD və 29 iyun tarixli 404-IVQD, 406-IVQD və 416-IVQD nömrəli Qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 128.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”;

2. 128.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2012-ci il. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin