Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12 maddə 973; 2005-ci il, №1 maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68; №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478; №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579; № 8, maddə 757; №10, maddələr 935, 936, 938, 940; №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159, №4, maddə 249; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 578-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 324-5-ci və 324-6-cı maddələr əlavə edilsin:

“Maddə 324-5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının pozulması

Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 324-6. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa

verilməsi və silinməsi qaydalarının pozulması

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görə -

vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.”;

2. 324-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 324-1. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın,

hesabatın verilməməsi

324-1.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.

324-1.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə -

vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir.”;

3. 360.1-ci maddədə “68-2,” rəqəmi çıxarılsın, “324-4,” rəqəmindən sonra “324-5, 324-6,” rəgəmləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin