Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, №1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 5, maddə 330, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692,698, № 11, maddələr 1097,1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658, № 8, maddələr 892, 894, 907, № 9, maddələr 1042, 1057, 1058; 2014, № 2, maddələr 105, 112, № 4, maddələr 358, 364, № 5, maddə 477, № 6, maddə 634, № 7, maddələr 807, 815, № 9, maddələr 1027, 1032; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 304 nömrəli və 4 noyabr tarixli 338 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.8-ci bənddə “, 410-1.2-ci maddəsinin birinci cümləsində, 410-1.5-ci maddəsinin ikinci cümləsində, 421.3-cü maddələrində, 451.7-ci maddənin” sözləri “maddələrində, 429-5.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 429-6.3-cü maddəsinin ikinci cümləsində, 451.7-ci maddəsinin” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.8-1-ci və 2.8-2-ci bəndlər əlavə edilsin:

“2.8-1. həmin Məcəllənin 391.1-1-ci maddəsində, 421.3-cü maddəsində, 429-3.1-ci maddəsinin birinci cümləsində, 429-3.2-ci maddəsində, 429-3.4-cü maddəsinin ikinci cümləsində, 429-4.1-ci maddəsində, 429-4.2-ci maddəsinin üçüncü cümləsində, 429-5.4-cü maddəsinin birinci cümləsində, 429-5.5-ci maddəsinin üçüncü cümləsində, 429-5.6-cı maddəsinin üçüncü cümləsində, 429-6.1-ci maddəsində (birinci halda) və 429-7.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

2.8-2. həmin Məcəllənin 429-3.1-ci maddəsinin ikinci cümləsində, 429-6.1-ci maddəsində (ikinci halda), 429-6.2.1-ci maddəsində və 429-6.2.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur;”.

3. 2.43-cü bənddən “və 410-1.2-ci maddəsinin ikinci cümləsində” sözləri çıxarılsın.

4. 3.3-cü bənddə “151-1 - 151-3-cü” sözləri “151-1 - 151-4-cü” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin