Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2023-cü il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin