Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ MƏQSƏDİ İLƏ 24 AVQUST 2002-Cİ İLDƏ KEÇİRİLMİŞ ÜMUMXALQ SƏSVERMƏSİNİN (REFERENDUMUN) YEKUNLARI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı Fərmanına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası referendum aktının aşağıdakı layihəsi 24 avqust 2002-ci ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) çıxarılmışdır:

Layihə

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktı

I. 3-cü maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

"III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

1) vergilər və dövlət büdcəsi;

2) amnistiya və əfvetmə;

3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi."

II. 27-ci maddənin IV hissəsindən "fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi," sözləri çıxarılsın.

III. 71-ci maddənin III hissəsindən "yalnız" sözü çıxarılsın.

IV. 76-cı maddənin II hissəsində "alternativ hərbi xidmətlə" sözləri "alternativ xidmətlə" sözləri ilə əvəz edilsin.

V. 83-cü maddədə "və proporsional seçki sistemləri" sözləri "seçki sistemi" sözləri ilə əvəz edilsin.

Vl. 88-ci maddənin I hissəsinin birinci abzasında "iki növbəti sessiyaya" sözləri "iki növbəti yaz və payız sessiyalarına" sözləri ilə əvəz edilsin; ikinci, üçüncü və dördüncü abzaslar çıxarılsın; altıncı abzasında "fevralın 1-dək" sözləri "martın 10-dək" sözləri ilə əvəz edilsin.

Vll. 89-cu maddənin I hissəsindən 6-cı bənd çıxarılsın.

Vlll. 95-ci maddədə:

- I hissənin 6-cı və 19-cu bəndləri aşağıdakı redaksiyada verilsin:

"6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;";

"19) Amnistiya.".

- III hissə aşağıdakı redaksiyada verilsin:

"III. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir."

IX. 96-cı maddənin I hissəsində "Ali Məhkəməsinə" sözlərindən sonra“, Azərbaycan Respubllkası Prokurorluğuna" sözləri, II və IV hissələrində "Ali Məhkəməsinin" sözlərindən sonra ", Azərbaycan Respubllkası Prokurorluğunun" sözləri, V hissəsində isə “Ali Məhkəməsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prokurorluğu” sözləri əlavə edilsin.

X. 101-ci maddədə:

- II hissədə "üçdə iki səs çoxluğu ilə" sözləri "yarısından çoxunun səs çoxluğu ilə" sözləri ilə əvəz edilsin;

- lV hissədən "sadə" sözü çıxarılsın.

XI. 102-ci maddədə "7" rəqəmi "14" rəqəmi ilə əvəz edilsin.

XII. 105-ci maddədə:

- I hissədə "Azərbaycan Respublikası Milli Məclisinin sədri" sözləri "Azərbaycan Respublikasının Baş naziri" sözləri ilə əvəz edilsin;

- II hissədə "Azərbaycan Respublikası Milli Məclisinin sədri istefa verdikdə" sözləri "Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə" sözləri ilə, "Azərbaycan Respublikasının Baş naziri icra edir" sözləri isə "Azərbaycan Respublikası Milli Məclisinin sədri lcra edir" sözləri ilə əvəz edilsin.

- III hissədə "Azərbaycan Respublikası Baş nazirinin" sözləri "Azərbaycan Respublikası Milli Məclisi sədrinin" sözləri ilə əvəz edilsin.

XIII. 109-cu maddənin 14-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;"

XIV. 95-ci, 109-cu, 125-ci və 128-ci maddələrdə "İqtisad Məhkəməsi" sözləri "apellyasiya məhkəmələri" sözləri ilə əvəz edilsin.

XV. 125-ci maddənin IV hissəsində "Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində" sözləri "Cinayət məhkəmə icraatında" sözləri ilə əvəz edilsin.

XVI. 130-cu maddədə:

- III hissənin 7-ci bəndi çıxarılsın, 8-ci və 9-cu bəndlər müvafiq olaraq 7-ci və 8-ci bəndlər hesab edilsin;

- V, Vl və VII hissələr müvafiq olaraq Vlll, IX və X hissələr hesab edilsin;

- aşağıdakı redaksiyada V, Vl və VII hissələr əlavə edilsin:

“V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

Vl. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Vll. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.”

XVII. 131-ci maddənin I hissəsində "o, qanunla müəyyən edilmiş prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir" sözləri "o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir" sözləri ilə əvəz edilsin.

XVIII. 132-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 132. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri

I. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

II. Azərbaycan Resrublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir."

XIX. 133-cü maddənin I hissəsində "qaydada" sözündən sonra "və hallarda" sözləri əlavə edilsin; "eyni cür və dürüst" sözləri çıxarılsın.

XX. 134-cü maddəyə aşağıdakı məzmunda Vl hissə əlavə edilsin:

"Vl. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir".

XXI. 142-ci maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:

"III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.".

XXII. 149-cu maddənin III hissəsində "icra hakimiyyəti" sözləri "qanunvericilik, icra" sözləri ilə əvəz edilsin.

XXIII. 155-ci maddədə "dəyişikliklər" sözündən sonra "və ya onların ləğv" sözləri əlavə edilsin; "müddəaların" sözü "insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə" sözləri ilə əvəz edilsin.

XXIV. 158-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması

Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.".

Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmişdir.

Mərkəzi Seçki Komissiyasının 24 iyul 2002-ci il tarixli 92/343 saylı qərarına uyğun olaraq referendum aktının layihəsi qruplaşdırılıb, 8 hissəyə bölünərək səsvermə bülleteninə daxil edilmişdir.

Ümumxalq səsverməsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası referendum dairələri dairə seçki komissiyalarının səslərin hesablanması haqqında protokollarına əsasən müəyyən etmişdir ki, ölkə üzrə 100 referendum dairəsindən (42 saylı Xankəndi referendum dairəsi istisna edilməklə) 99-da səsverənlər siyahılarına daxil edilmiş seçki hüququ olan 4449260 Azərbaycan Respublikası vətəndaşından 3731051 nəfəri və ya 83,86 faizi referendumda iştirak edərək səs vermişdir.

Ümumxvalq səsverməsinə çıxarılmış referendum aktı layihəsinin qruplaşdırılmış hissələri üzrə səslərin hesablanmasının nəticələri aşağıdakı kimi olmuşdur:

 

     

Sıra sayı

Hissələrin adları         

Səslərin sayı

Səsvermədə iştirak etmiş vətəndaşların sayına nisbətən

faizlə

sözlə

rəqəmlə

1

Azərbaycan Resrublikasının Avrora Şurası qarşısında        öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər

lehinə

Üç milyon beş yüz əlli səkkiz min iki yüz doqquz

3558209

96,36

əleyhinə

Doxsan bir min beş yüz beş

91505

2,48

etibarsız

Qırx iki min yeddi yüz otuz dörd

42734

1,16

2

Azərbaycan Resrublikasının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avrora Konven-siyasına qoşulmasından        irəli gələn dəyişikliklər

lehinə

Üç milyon beş yüz əlli altı min dörd yüz on yeddi

3556417

96,32

əleyhinə

Doxsan beş min yeddi yüz otuz

95730

2,59

etibarsız

Qırx min üç yüz bir

40301

1,09

3

Referendumun keçirilməsinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər

lehinə

Üç milyon beş yüz qırx doqquz min beş yüz əlli altı

3549556

96,13

əleyhinə

Yüz min otuz yeddi

100037

2,71

etibarsız

Qırx iki min səkkiz yüz əlli beş

42855

1,16

4

Azərbaycan Resrublikasının          Milli Məclisinə seçkilərlə    bağlı dəyişikliklər

lehinə

Üç milyon beş yüz qırx səkkiz min yeddi yüz səksən bir

3548781

96,11

əleyhinə

Yüz beş min üç yüz səksən iki

105382

2,85

etibarsız

Otuz səkkiz min iki yüz səksən beş

38285

1,04

5

Azərbaycan Resrublikası Rrezidentinin seçkiləri ilə              bağlı dəyişikliklər

lehinə

Üç milyon beş yüz əlli səkkiz min üç yüz altmış

3558360

96,37

əleyhinə

Doxsan altı min yüz on yeddi

96117

2,60

etibarsız

Otuz yeddi min doqquz yüz yetmiş bir

37971

1,03

6

Dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin  təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər   

lehinə

Üç milyon beş yüz qırx səkkiz min yüz yetmiş  üç

3548173

96,09

əleyhinə

Yüz iki min altı yüz altmış

102660

2,78

etibarsız

Qırx bir min altı yüz on beş

41615

1,13

7

Məhkəmə islahatlarının keçirilməsindən irəli gələn dəyişikliklər

lehinə

Üç milyon beş yüz qırx səkkiz min yüz altmış

3548160

96,09

əleyhinə

Doxsan səkkiz min doqquz yüz altmış altı

98966

2,68

etibarsız

Qırx beş min üç yüz iyirmi iki

45322

1,23

8

Digər dəyişikliklər

lehinə

Üç milyon beş yüz on dörd min üç yüz üç

3514303

95,18

əleyhinə

Doxsan doqquz min səkkiz yüz doxsan altı

99896

2,71

etibarsız

Yetmiş səkkiz min iki yüz qırx doqquz

78249

2,11

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qərara alır:

1. 100 referendum dairəsindən (42 saylı Xankəndi referendum dairəsi istisna edilməklə) 99-da səsverənlər siyahılarına daxil edilmiş vətəndaşların yarısından çoxu səsvermədə iştirak etdiyinə və onların yarısından çoxu referendum aktı layihəsinin bütün hissələrinin lehinə səs verdiyinə görə, ümumxalq səsverməsinə çıxarılmış “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası referendum aktının layihəsi “Referendum haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin üçüncü hissəsinə əsasən qəbul edilmiş sayılsın.

2. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktı dərc edilsin.

3. “Referendum haqqunda” Azərbaycan Respublikası Qanununun 43-cü və 44-cü maddələrinə əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktı dərc edildiyi gündən qüvvəyə minir və Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.PƏNAHOV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Q.HƏSƏNQULİYEV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Q.ORUCOV

29 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna və ABŞ müştərək İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında Saziş imzalayıb

“Praqa Baharı” musiqi festivalı yenidən qapılarını qonaqlara açıb

ABŞ dövlət katibi İstanbulda Rusiya-Ukrayna sülh danışıqlarında iştirak edəcək

Rusiya XİN rəhbərinin müavini: Moskva İstanbulda Kiyevlə danışıqlar aparmağa hazırdır

Ukrayna Silahlı Qüvvələri: Cənub regionlarında qızğın döyüş gedir

Rəssam: Azərbaycana aid əsərlərlə mədəniyyətimizi tanıtmaq mənim üçün qürurvericidir

Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə sərgi açılıb VİDEO

Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə sərgi açılıb VİDEO

Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb

Azərbaycan hərbçiləri “Anatolian Phoenix - 2025" beynəlxalq təlimində iştirak edirlər

Kanadanın Baş naziri hökumətin yeni tərkibini formalaşdırıb

Bakıda keçirilən “Poçt Liderləri Forumu”nun birinci günü yekunlaşıb

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şəkidə Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi açılıb

Türkiyənin iki universitetində azərbaycanlı tələbə və müəllimlərlə görüşlər keçirilib

İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub

Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti ilə görüşəcək

ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dəyərində silah satacaq

Seçenov Universitetində Azərbaycan ilə Rusiya arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Solyarinin zərərləri hansılardır? VİDEO

Solyarinin zərərləri hansılardır? VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Bakıda keçirilən “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ilk günü başa çatıb VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

Çətin həyat şəraitində yaşayanlar üçün sosial xidmətlər tamamilə ödənişsiz olacaq VİDEO

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

PKK-nın ləğvi həm tarixi, həm də son dərəcə ciddi hadisədir VİDEO

İqtisadiyyat Nazirliyinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilir

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da olub

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

DVX-nin Tədris Mərkəzi ilə CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Macarıstanın dünyaşöhrətli yazıçısı Şandor Lejakın kitablarının təqdimatı olub

“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

İşğaldan azad edilmiş Qarabağda yeni dövr başlayıb, Böyük Qayıdış uğurla reallaşır ŞƏRH

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb

İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir

Faiq Həsənovun “Şahmat klubu” verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb

Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO

Ruben Vardanyanın barəsində məhkəmə prosesi davam etdirilib VİDEO

Akademik Telman Əliyevin 90 illik yubileyi qeyd olunub

Budəfəki hərracda dövlət əmlakı olan 68 nəqliyyat vasitəsi satılıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub   YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub  YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb

Şuşa ziyalısı: Prezidentin şəhərimizə hər səfəri mühüm hadisələrlə yadda qalır

Ali Attestasiya Komissiyasının sədri: Son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib

Aleksandar Vuçiç: Serbiyanın Aİ-yə üzvlüyü əsas məqsədimizdir

Zəngilan könüllüsü: “Qayıdış Könüllüləri” mənim üçün dəyər yaratmağın və dəyər qazanmağın yoludur - MÜSAHİBƏ

Stokholm sakinlərinin iqtisadi əhvali-ruhiyyəsi zəifləyir

Türkiyə Prezidenti Ankarada NATO-nun Baş katibini qəbul edib

Sahibsizlikdən sahiblik mərhələsinə - Ağdamda dirçələn torpaq, dirilən xalq ŞƏRH

Kopenhagen müzakirələri: Bakı İqlim Birliyi Paktı impulsuna əsaslanan Tərəflər COP30-un uğurlu nəticəsinin təmin edilməsini müzakirə ediblər

BDU-da “102 ilin işığı: Heydər Əliyev irsi və gələcəyə baxış” adlı tədbir keçirilib

“Qonağınız müəllimlərinizdir” layihəsi bu dəfə Qəbələdə reallaşıb

“Üç kitabın bir təqdimatı” - unudulmaz qələm sahiblərinə ədəbiyyat abidəsi

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Cənubi Koreyada anbarda yanğın: 178 nəfər təxliyə edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutularaq Türkmənistana ekstradisiya edilib

Şandor Lejak: Naxçıvanda olmaq həyatımın ən gözəl təcrübələrindən biridir

Bakıda ÜPİ ilə İKTA arasında poçt qanunvericiliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Türkiyə və Şimali Kipr nümayəndələri UNEC-də qonaq olublar

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib

Xəzər rayonunda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Türk dünyası ərazisinin davamlı inkişafına dair kitab nəşr edilib

AMEA-nın Nadir ağaclar parkı gələcəkdə elmi-təcrübi baza rolunu oynayacaq

“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək

Naxçıvan Dövlət Universitetində Macarıstanın dünyaşöhrətli yazıçısı və dövlət xadimi Şandor Lejakla görüş olub

Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb

Şair-qəzəlxanın 75 illik yubileyinə həsr olunmuş gecə - “Hələ də gec deyil”

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ  VİDEO

Eramızdan əvvəl XII yüzillikdən bu günədək... - Azərbaycan Təbabəti Muzeyindən REPORTAJ VİDEO

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərkosmos” Dubayda keçirilən sərgidə Heydər Əliyev Mərkəzi üslubunda stendlə təmsil olunur

“Springer Nature” nəşriyyatının vitse-prezidenti BMU-da təqdimatla çıxış edib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Somalili nazir: İqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

TÜRKSOY-un Baş katibi: Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir

Bakıda Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüblər

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib  YENİLƏNİB  VİDEO

Romada Korsika xalqının qarşılaşdığı əsas problemlərlə bağlı konfrans keçirilib YENİLƏNİB VİDEO

“Almaniya Krallığı” təşkilatı qadağan edilib

Baş prokuror Qobustan rayonunda vətəndaşların müraciətlərini dinləyib

BDU ilə Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək

Ankarada əməyin mühafizəsi üzrə mütəxəssislərimiz üçün təlim təşkil edilib

Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir

Energetika nazirinin müavini Özbəkistan Enerji Həftəsində iştirak edib

Nazir müavini: Azərbaycan kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir

Lənkəran Dövlət Dram Teatrının kollektivi Lerik rayonunda qastrol səfərində olub

Etna vulkanı yenidən oyanıb

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

ADAU-da elmi-nəzəri konfrans: “Ulu Öndər Heydər Əliyev irsi xalqımızın milli sərvətidir”

“İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nın təsdiq edilməsi və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirirlər

Gürcüstanlı nazir: COP29-da qəbul edilən qərarlar yeni investisiya imkanlarının formalaşmasına şərait yaradır

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

İkinci cəhd magistraturaya qəbul imtahanında qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə nəticələr açıqlanıb

ADNSU iqlim dəyişikliklərinə qarşı qlobal akademik şəbəkəyə qoşulub

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

“Real Madrid”in akademiyasında olan azərbaycanlı məşqçi: İspaniyaya səfər mənim üçün böyük təcrübə oldu

BDU-da “Gənclik həftəsi-3” keçirilir