AZƏRBAYCAN RESPUBLİKASININ LİVAN RESPUBLİKASINDA (BEYRUT ŞƏHƏRİNDƏ) SƏFİRLİYİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində) Səfirliyi təsis edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il