RƏSMİ SƏNƏDLƏR
“AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ BANKI VƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİ ARASINDA ANLAŞMA MEMORANDUMU”NUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2008-ci il noyabrın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu” təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2009-cu il.