Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanını rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2015-ci il 25 may tarixli 10/87 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2017-ci il 7 aprel tarixli 2/5 saylı, 2019-cu il 15 mart tarixli 1/3 saylı, 2021-ci il 3 sentyabr tarixli 3/9 saylı, 2023-cü il 6 fevral tarixli 1/2 saylı qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nın 1 saylı Əlavəsində mətn üzrə “Ədliyyə sahəsində xidmətlər baş idarəsi” sözləri “Notariat, qeydiyyat və reyestr baş idarəsi” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin